Nəqliyyat
Bakıda 2600-ə yaxın sərxoş sürücü cərimələndi
Yanvarın 1-dən fevralın 25-dək Bakı şəhəri üzrə 96 yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, qəzalar nəticəsində 25 nəfər həlak olub, 112 nəfər isə müxtəlif xəsarət alıb.
Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 8 fakt, iki ölüm və 14 xəsarət faktı artıb. V.Əsədov bildirib ki, bu rəqəm artıq ciddi narahatlıq doğurur və əlavə tədbirlərin görülməsinə zərurət yaradır.
Bölmə rəisi bildirib ki, təhlükəsizliyin təmin edilməsi ilə bağlı 124 min inzibati protokol yazılıb. Onun sözlərinə görə, protokollardan 2600-ə qədəri sərxoş sürücülər, 34-ü isə avtoxuliqanlarla bağlıdır: “Ən çox qayda pozuntusu ötmə, manevr etmə və yol ayrıcı qaydalarının pozulmasıdır. Bundan əlavə, mərkəzi məlumat sistemi vasitəsilə elektron qaydada 99 min protokol tərtib edilib”. (Trend)
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?