Kəndlərarası və qəsəbələrarası avtomobil yolları düzəldiləcək - - FOTOLAR
Bizi izləyin

Nəqliyyat

Kəndlərarası və qəsəbələrarası avtomobil yolları düzəldiləcək - - FOTOLAR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilən iclas keçirib.

Agentlikdən Publika.az-a verilən məlumata görə, iclas zamanı cari il ərzində nəzərdə tutulan layihələrdən danışılıb.

AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov prezident İlham Əliyevin regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsinin, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq kənd və qəsəbələrarası avtomobil yollarının tikintisinin vacibliyini vurğuladı.

Qeyd olundu ki, tapşırıqlara əsasən 2018-ci ildə uzunluğu 2 min km-dən artıq kəndlərarası və qəsəbələrarası avtomobil yolu layihəsinin, habelə digər respublika əhəmiyyətli və magistral avtomobil yollarının layihələrinin icrası həyata keçiriləcək.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm