Nəqliyyat
Bu marşrutların da hərəkət cədvəli DƏYİŞDİRİLİR
Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan 4 marşrut avtobusunun hərəkət sxemində dəyişiklik edilib.
Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
Məlumatda bildirilir ki, yarışlarla əlaqədar Bakıda ümumi 17 marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək: "Hərəkət sxemində müəyyən dəyişikliklər ediləcək marşrut xətləri arasında “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan 18, 37, 61 və 65 saylı marşrut xətləri də var. Yarış başa çatanadək qeyd edilən xətlər üzrə fəaliyyət göstərən avtobuslar şəhərin mərkəzində bu küçələrlə hərəkət edəcək:
18 saylı marşrut xətti: Mehdi Hüseyn küçəsi – Bünyad Sərdarov küçəsi – Hüseyn Seyidbəyli küçəsi – Mehdi Hüseyn küçəsi.
37 saylı marşrut xətti: Mehdi Hüseyn küçəsi – Bünyad Sərdarov küçəsi – Hüseyn Seyidbəyli küçəsi – Nəriman Nərimanov küçəsi.
61 saylı marşrut xətti: Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi.
65 saylı marşrut xətti: Füzuli küçəsi – Mirzağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Səməd Vurğun küçəsi – Füzuli küçəsi – Şıxəli Qurbanov küçəsi.
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...