Nida.az
Britaniyalı siyasətçilər: “Artıq Ermənistanın Dağlıq Qarabağın işğalındakı rolunu etiraf etməyin vaxtı çatıb”
Strasburqda yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” (ərizə No. 13216/05) işi ilə bağlı qərarı britaniyalı parlamentarilər tərəfindən ədələtin təntənəsi kimi dəyərləndirilib.
Publika.az xəbər verir ki, Avropa İnsan Hüquqları Konvensiyasının üç xüsusi maddəsinin pozuntusunun qəbul edilməsindən əlavə məhkəmə həmçinin Ermənistanın Dağlıq Qarabağa və 7 ətraf rayonun ərazisinə tam nəzarətinin olmadığını iddia edən Ermənistan hökumətinin etirazını rədd edib. Məhkəmə qərar verib ki, bu münaqişə hazırda hakimiyyətdə olan rejimin üzvləri tərəfindən başlandığından və həyata keçirildiyindən Ermənistan bu münaqişəyə cavabdehdir.
Böyük Britaniya Parlamentinin üzvü Stefen Hepbörn Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavabında bəyan edib ki, Ermənistan hökuməti bu qərarın yaratdığı imkandan faydalanmalı və Azərbaycan ərazilərinin işğalında oynadığı rolu qəbul etməlidir. Onlar həmçinin artıq 20 il davam edən durğunluq vəziyyətindən sonra diplomatik irəliləyişə nail olmaq üçün ciddi danışıqlara başlamalıdırlar.
Öz növbəsində Baronessa Zahidə Mənsur bildirib ki, AİHM-in bu qərarı münaqişənin Dağlıq Qarabağın yerli əhalisi olan ermənilər tərəfindən aparılması barədəki mifi darmadağın etdi. Bu, Azərbaycanın suveren ərazisinin Ermənistan tərəfindən işğalıdır. Sülh əsasında həll yolunun tapılmasında danışıqlara dürüst yanaşmaq və nəhayət ki, müəyyən irəliləyiş əldə etmək üçün bunu qeyd etmək vacibdir.
Gülnar Əliyeva
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada