“91 kamikadze Türkiyəyə keçib” – MİT-dən ŞOK AÇIQLAMA
Bizi izləyin

Nida.az

“91 kamikadze Türkiyəyə keçib” – MİT-dən ŞOK AÇIQLAMA

PKK-ya Türkiyədə qeyri-qanuni fəaliyyət göstərən solçu təşkilatların üzvləri də qoşulur.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) bəyanat yayıb.

Məlumata görə, MİT Türkiyə sərhədlərinə yaxın Kobani və digər ətraf ərazilərdə döyüşən 91 PKK üzvünü müəyyənləşdirib: “MİT sözügedən PKK üzvlərinin gizli yollarla Suriyadan Türkiyəyə sızdığını ehtimal edir. Düşünürük ki, həmin 91 nəfərin əsas məqsədi Türkiyədə hərbçilərə və polisə qarşı terror aktları törətməkdir. Ehtimal olunur ki, həmin 91 nəfər kamikadze terrorçulardır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm