Prezident fərman verdi
Bizi izləyin

Nida.az

Prezident fərman verdi

Azərbaycan Prezidenti İlham Əliyev “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri” təsdiq edilsin.

Nazirlər Kabinetinə bu fərmanla təsdiq olunmuş “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nə uyğun olaraq “Aqrarkredit” QSC tərəfindən emissiya edilən istiqrazlara dövlət zəmanətinin verilməsini təmin etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Maliyyə Nazirliyinə isə bu fərmanda göstərilən istiqrazların mərhələli şəkildə həyata keçirilən emissiyasının və qiymətli kağızlar bazarında yerləşdirilməsinin nəticələri, həmçinin “Azərbaycan Beynəlxalq Bankı” ASC-nın maliyyə durumunun sağlamlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, eləcə də bank tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması və problemli aktivlərin idarə edilməsi vəziyyəti barədə Azərbaycan Prezidentinə mütəmadi məlumat vermək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm