Razi Nurullayev Əli Kərimliyə rəqib təşkilat yaradır
Bizi izləyin

Nida.az

Razi Nurullayev Əli Kərimliyə rəqib təşkilat yaradır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini Razi Nurullayev və partiyadan zorla uzaqlaşdırılan və ya istefaya vadar edilən bir qrup narazı cəbhəçi Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və alternativ fikrin rədd edilməsi, üzvlərin təzyiqə məruz qalması, partiya sıralarından ləkələnərək uzaqlaşdrılmasına etiraz əlaməti olaraq sabah bir araya gələcəklər.

Bu barədə Publika.az-a açıqlamasında R.Nurullayev özü məlumat verib.

Onun sözlərinə görə, AXCP-də Əli Kərimli tərəfindən təzyiqə məruz qalmış şəxslər avqustun 19-da toplantı keçirəcəklər. R.Nurullayev deyib ki, AXCP-də Əli Kərimli tərəfindən təzyiqə məruz qalmış şəxslərin toplantı zamanı yeni təşkilatda birləşmələri elan olunacaq: “Bununla əlaqədar yeni yaradılan siyasi təşkilatın sabah təqdimat mərasimi keçiriləcək. Biz bu təşkilatın adını da sabah ictimaiyyətə açıqlayacağıq”.

R.Nurullayev həmçinin bəyan edib ki, sabah keçiriləcək tədbirlə bağlı Əli Kərimli tərəfdarlarının təxribata əl atacaqlarını da gözləyirlər: “AXCP-də mənə qarşı edilən o hərəkətlərdən sonra mən Əli Kərimli və tərəfdarlarından hər şey gözləyirəm. Ancaq hər hansı təxribat və ya təzyiq məni öz bildiyim yoldan geri çəkindirə bilməz”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm