Qızıl Xaç erməni girovluğundakı azərbaycanlılara baş çəkib
Bizi izləyin

Nida.az

Qızıl Xaç erməni girovluğundakı azərbaycanlılara baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın Publika.az-a verdiyi məlumata görə, məqsəd onların saxlanma şəraiti ilə yaxından tanış olmaq və ailələri ilə məlumat mübadiləsini təmin etmək olub. İ.Hüseynova bildirib ki, həmişə kimi onlara xəbərləri çatdırılıb, onların ailələri üçün məlumat alınıb.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, digər Azərbaycan vətəndaşı Dilqəm Əsgərov və əslən azərbaycanlı olan Rusiya vətəndaşı Şahbaz Quliyev girov götürülüb.

Dağlıq Qarabağda erməni separatçılarının qondarma rejimi tərəfindən qurulan saxta məhkəmənin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm