Ərdoğan müxalifət liderlərini istefaya çağırıb
Bizi izləyin

Nida.az

Ərdoğan müxalifət liderlərini istefaya çağırıb

Ərdoğan müxalifət liderlərini istefaya çağırıb

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan müxalifət partiyalarının liderlərini ölkədə keçiriləcək bələdiyyə seçkilərində məğlub olacaqları halda istefa verməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Ərdoğan Türkiyənin "24 TV" telekanalına müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, partiya liderlərinin istefa vermələri Türkiyə üçün adət edilmiş hadisə olmalıdır.Baş nazir onu da qeyd edib ki, hakim Ədalət və İnkişaf Partiyası martın 30-da keçiriləcək bələdiyyə seçkilərində qalib gələcək.

Bir müddət əvvəl Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərində hakim partiyanın qalib gəlməyəcəyi təqdirdə siyasətdən getməyə hazır olduğunu bildirib: "Tam açıq şəkildə söyləyirəm, seçkilərdə qalib gəlməsək, siyasətdən getməyə hazıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm