Nida.az
Sterliqov yenidən Qarabağa qayıdır: “Mənim orada şərikim var”
Haqqında cinayət işi qaldırıldığı üçün Moskvaya qayıdan rusiyalı iş adamı German Sterliqov Dağlıq Qarabağa geri dönməyə hazırlaşır.
Publika.az xəbər verir ki, Dağlıq Qarabağa
qanunsuz köçən və Azərbaycanın işğal edilmiş ərazilərində biznes
fəaliyyətinə başlayan rusiyalı milyonçu Moskvada “İnterfaks”
agentliyinə açıqlamasında bu barədə bildirib.
“Biz öz vətənimizə gəldik. Lakin bu o demək deyil, Dağlıq Qarabağa
qayıtmayacağıq. Ora bizim üçün indi doğma evimiz kimidir”, - deyə o
qeyd edib.
Sterliqov vurğulayıb ki, Qarabağda kiçik təsərrüfat yaradıb və bu
yerli əhaliyə (Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülən
erməniləri nəzərdə tutur – red.) kömək edir: “Bizim orada
təsərrüfatımız var. Daş dəyirmanını qurmuşuq və un istehsal edirik.
Bundan başqa, mənim orada şərikim də var. Ona görə də
planlarımızdan imtina etməmişik. Mənim böyük övladlarım orada
təsərrüfata nəzarət edəcəklər və mən ora gedəcəm”.
Qeyd edək ki, Azərbaycanın işğal olunmuş torpaqlarına
qanunsuz şəkildə gedərək orada məskunlaşdığı üçün Azərbaycan
tərəfindən İnterpolun axtarışına verilən German Sterliqov avqustun
31-də Moskvanın Domodedovo aeroportunda hüquq-mühafizə orqanlarının
əməkdaşları tərəfindən saxlanılıb. Hüquq-mühafizə
orqanlarının əməkdaşları ilə söhbətdən sonra buraxılıb.
Azərbaycanın Baş Prokurorluğunun və Daxili İşlər
Nazirliyinin istintaq-əməliyyat qrupu German Sterliqovun
təqsirləndirilən şəxs qismində dindirilməsi üçün Moskva şəhərinə
ezam olunub. Lakin Sterliqov azərbaycanlı müstəntiqlərin suallarını
cavablandırmaqdan imtina edib.
G. Sterliqovun Dağlıq Qarabağa köçməsi haqqında informasiya 6
iyulda yayılıb. Rusiyalı biznesmen Azərbaycan tərəfindən iyulun
29-da İnterpolun axtarışına verilib. İyun ayında Dağlıq Qarabağa
gedən Sterliqov Azərbaycan sərhədlərini qanunsuz keçmək və dövlət
əleyhinə yönələn açıq çağırışlarda ittiham olunur. Bundan əvvəl isə
- iyulun 10-da biznesmen və həyat yoldaşı Azərbaycan tərəfindən
“arzuolunmaz şəxslər” siyahısına daxil edilib. Biznesmen iyulun
13-də Şuşada mətbuat konfransı keçirib. Rusiya prezidenti Vladimir
Putini dəstəklədiyini deyən Sterliqov qeyd edib ki, hər şey
“Adəmdən Putinə qədər” tarix kitabının nəşrindən sonra dəyişib. O,
bu kitabının nəşrindən sonra hakimiyyətdəki dostlarının ona
münasibətinin dəyişdiyini, ondan üz döndərdiklərini deyib.
Sterliqov, nəhayət, etiraf edib ki, Rusiyadan qaçmasına səbəb onun
barəsində aparılan cinayət təqibləridir.
“Əvvəlcə mənim ünvanıma təhdidlər başladı, uşağımı oğurlamağa cəhd etdilər. Ancaq bunlar xırda hücumlar idi” – biznesmen bildirib. KİV-in məlumatına görə, Sterlinqov Rusiya ərazisini tərk etməzdən əvvəl, fermer təsərrüfatındakı heyvanları və şəxsi avtoparkı satışa çıxarıb. O, Qarabağa qayıdaraq moda evi və müalicə məntəqəsi açacağını, kənd təsərrüfatı ilə məşğul olacağını dilə gətirib.
German Sterliqovun təhlükəli Qarabağ missiyası haqda bu linkdən
oxuya bilərsiniz: (http://publika.az/p/103141).
Asif Nərimanlı
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı