Putinlə Obama masaya oturmayacaq: Qarabağla bağlı ümidlər puç olur?
Bizi izləyin

Nida.az

Putinlə Obama masaya oturmayacaq: Qarabağla bağlı ümidlər puç olur?

BMT Baş Assambleyasının Nyu-York iclasında Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obamanın görüşü planlaşdırılmır.


Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.


Onun sözlərinə görə, Vaşinqtondan hələlik belə bir təklif gəlməyib: “Qrafikdə hələlik belə bir görüş yoxdur. Təbii ki, tərəflər iş qrafikinə baxır və buna uyğun qərar verirlər. Əgər belə bir təşəbbüs yaranacaqsa, bu istiqamətdə konkret işlər görüləcək”.


Qeyd edək ki, Putinlə Obamanın Nyu-Yorkda görüşüb-görüşməməsi Dağlıq Qarabağ münaqişəsinə də təsir edə bilər. Yayılan məlumatlara görə, Minsk qrupunun amerikalı həmsədri Nyu-Yorkda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək istəsə də, bu baş tutmayıb. Əvəzində, xarici işlər nazirlərinin görüşü gözlənilir. Ekspertlər Nyu-York iclasında Putinlə Obamanın bir araya gəlməsinin Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə səbəb olacağını proqnozlaşdırırdı. İndi bununla bağlı suallar açıq qalır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm