Rəsmi Bakı Avropa İttifaqı ilə danışıqları təxirə saldı
Bizi izləyin

Nida.az

Rəsmi Bakı Avropa İttifaqı ilə danışıqları təxirə saldı

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı ilə əlaqələri yenidən nəzərdən keçirmək istəyir.

XİN-in mətbuat xidmətindən Publika.az-a daxil olan bəyanatda deyilir: “Avropa Parlamentinin 10 sentyabr 2015-ci il tarixində Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnaməsinə görə Azərbaycan ilə Avropa İttifaqı arasında Strateji tərəfdaşlığa dair saziş üzrə ilkin müzakirələrin aparılması üçün gələn həftə Azərbaycana gəlməsi nəzərdə tutulan Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin səfəri Azərbaycan tərəfindən təxirə salınır.

Ümumiyyətlə, anti-Azərbaycan və anti-İslam meyillərin güclü olduğu Avropa İttifaqı ilə əlaqələri yenidən nəzərdən keçirməliyik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm