Şeyxin qudası: “Məkkədən qayıtmağımın səbəbi...”
Bizi izləyin

Nida.az

Şeyxin qudası: “Məkkədən qayıtmağımın səbəbi...”

Milli Məclisin deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası hacı Qalib Salahzadə ötən gün Həcc ziyarətini yarımçıq qoyaraq Bakıya dönməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Hacı Q.Salahzadə Publika.az-a açıqlamasında Həcc ziyarətindən qayıtmasını təsdiqləyib. Ancaq deputat deyib ki, ziyarətdən qayıtmasının səbəbi deputatlıqla bağlı deyil: "Mənim Həcc ziyarətini yarımçıq qoymağımla bağlı yazılanlar həqiqətə uyğun deyil. Bir daha qeyd edirəm ki, Yeni Azərbaycan Partiyası necə məsləhət bilirsə, elə də olacaq. İkinci bir söhbət ola bilməz. Həcc ziyarətindən yaxın adamlarım ilə birlikdə qayıdıb ölkəyə dönməyimin parlament seçkilərilə heç bir əlaqəsi yoxdur. Mən Səudiyyə Ərəbistanının vətəndaşı deyiləm ki, daim orada qalım. 27-ci dəfə idi ki, Həcc ziyarətinə getmişdim. 1990-cı ildən Həccə gedirəm. Onda hələ Azərbaycan müstəqil deyildi, parlament söhbəti yox idi. Azərbaycan parlamentində məndən çox Həccə gedən yoxdur".

Deputat ziyarətin bundan sonrakı hissəsini onun əvəzinə başqa adamın yerinə yetirəcəyini də söyləyib: “İslamda icazə verilir ki, Həcc ziyarətini sənin əvəzinə başqası yerinə yetirsin. Mən də bu qaydaya uyğun olaraq özümə naib tutmuşam. O şəxs də hacıdır".

Q.Salahzadə 2010-2015-ci ildəki deputatlıq fəaliyyətinə də toxunub: “Düşünürəm ki, 5 illik fəaliyyətimə yüksək qiymət verilib. Mənim 5 illik fəaliyyətimin qiyməti "5 +"dir. Hakimiyyətin ən sadiq adamıyam. 5 il ərzində jurnalistlərin ən maraqlı müsahibi olmuşam. Mənim qələm əhlinə çox böyük hörmətim var. Görürəm ki, ölkədə öz zəhməti ilə dolanan insanların cərgəsində jurnalistlər öndədirlər. Gələcəkdə də elə bir xüsusi planım yoxdur. Allah nə yazıbsa, o da olacaq".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm