ATƏT sədri cəbhədə yaranan son gərginlikdən narahatdır
Bizi izləyin

Nida.az

ATƏT sədri cəbhədə yaranan son gərginlikdən narahatdır

ATƏT sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Nyu-Yorkda qurumun Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Publika.az ATƏT-in rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, İvitsa Daçiç Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranan son gərginlik və iki ölkə rəsmiləri arasında aparılan danışıqlar prosesi barədə məlumatlandırılıb.

Daçiç təmas xəttində yaranan son gərginliyi qətiyyətlə pisləyərək cəbhədə ölənlərin ailələrinə başsağlığı verib və tərəfləri maksimum dərəcədə təmkinli olmağa və gərginliyin aradan qaldırılması istiqamətində iş görməyə çağırıb.

ATƏT sədri Minsk qrupunun fəaliyyətini tam dəstəklədiyini bildirib və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliyə getməyə və etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırıb.

“İki ölkə prezidenti arasında planlaşdırılan görüş bu istiqamətdə atılan uğurlu addım olacaq”,- o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm