• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Prezidenti İlham Əliyev Skot Teareni qəbul edib

  • Nida.az
  • 30 Sentyabr 2015 16:34
  • 232 Baxış
Prezidenti İlham Əliyev Skot Teareni qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Dünya Skaut Komitəsinin sədri Joao Armando Qonsalvesi və təşkilatın baş katibi Skot Teareni qəbul edib.

Dünya Skaut Komitəsinin 2017-ci ildə Bakıda keçiriləcək 41-ci konfransına və 13-cü Dünya Skaut Gənclər Forumuna Azərbaycanın ev sahibliyi etməsinin təşkilat üçün çox mühüm əhəmiyyət daşıdığını deyən baş katib Skot Teare tədbirlərdə 150 ölkədən 1000-dən artıq nümayəndənin iştirak etməsinin nəzərdə tutulduğunu vurğuladı.

Prezident İlham Əliyev Dünya Skaut Komitəsinin 41-ci konfransının və 13-cü Dünya Skaut Gənclər Forumunun Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilən qərarın əhəmiyyətini xüsusi qeyd etdi. Bu cür vacib qlobal tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizin daha da yaxından tanıdılması baxımından yaxşı fürsət yaradacağına ümidvar olduğunu deyən dövlətimizin başçısı beynəlxalq səviyyəli müxtəlif tədbirlərin ölkəmizdə həmişə uğurla təşkil olunduğunu bildirdi.

Görüşdə Dünya Skaut Komitəsinin növbəti konfransının və 13-cü Dünya Skaut Gənclər Forumunun səs çoxluğu ilə Avrasiya regionunda ilk dəfə olaraq 2017-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilən qərardan məmnunluq ifadə olundu, bu tədbirlərin ölkəmizdə yüksək səviyyədə təşkil olunacağı əminliklə qeyd edildi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR