Nida.az
Hərbi Hava Qüvvələrimiz atəş açdı - FOTOLAR/VİDEO
Мüdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Hərbi Hava Qüvvələri (HHQ) hava hücumundan müdafiə qoşunlarının silahlanmasına daxil olunan növbəti “Buk-MB” zenit-raket divizionunun komplekslərindən döyüş-sınaq atışları icra edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, atışlarda Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.
Mütəxəssislər tərəfindən zenit-raket kompleksinin döyüş düzülüşü, tərkibi, təyinatı, taktiki-texniki xüsusiyyətləri, məhv etmə zonası, digər parametrləri, eləcə də döyüş atışlarının keçirilməsinə ayrılmış güc və vasitələr, şəxsi heyət barədə məlumat verilib.
Sonra praktiki atışlar yerinə yetirilib. Şərti düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində balistik raketləri, alçaqdan uçan və aerodinamik hədəfləri imitasiya edən “Saman” tipli hədəflərin aşkarlanması, avtomatik izlənməyə götürülməsi, qərar qəbul edilməsi, onlara qarşı atəş açılması və idarə olunan zenit raketləri ilə hədəfin məhv edilməsi tapşırıqları həyata keçirilib.
Müdafiə naziri tərəfindən verilən tapşırıqlar hava hücumundan müdafiə qoşunları tərəfindən uğurla icra olunub və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO