Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamenti yaradıldı - FOTOLAR
Bizi izləyin

Nida.az

Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamenti yaradıldı - FOTOLAR

15 martda Kopenhagendə son dərəcə diqqətəşayan bir hadisə baş verib.

15 martda Kopenhagendə son dərəcə diqqətəşayan bir hadisə baş verib.

Bir qrup Güney Azərbaycan aydını bir araya gələrək, Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin yaradılmasını bəyan ediblər.

Publika.az xəbər verir ki, Musavat.com-a Kopenhagendən göndərilən məlumatda deyilir:

“Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin Yaradılması Haqqında Məlumat

Bu gün, 15 Mart, 2014-cü ildə Danimarkanın Kopenhaqen şəhərində bir qrup Güney Azərbaycandan olan siyasi mühacir tarixi zərurətdən irəli gələn Güney Azərbaycan Mühacir Parlamentinin yaradılması barədə qərar qəbul edib.

Müvəqqəti Mühacir Parlamenti bəyanat və müraciət qəbul edib, o cümlədən Müvəqqəti Mühacir Parlamentinin məsul heyətini seçib.

Aşağıdakı şəxslər Məsul Heyətinin üzvləri seçiliblər:

Firidun Pərvizniya

Mahmudəli Çöhrəqanlı

Nurəddin Qərəvi

Əhməd Obalı

Eldaq Qaradağlı

Abdullah Əmirhaşimi

Mehmet Müştaq

Səməd Fərtaş

Səttar Sevgin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm