Nida.az
MSK sədrinin müavini: “İmzatoplama kampaniyasında bəzi neqativ hallar baş verir”
“İmzatoplama kampaniyasında bəzi neqativ hallar baş verir. Bəzən seçicilər bilməyərəkdən imza verirlər. Bu, yol, qaz çəkilişi adı ilə bağlı ola bilər. Biz bundan təəssüflənirik. Vətəndaşların iradəsindən sui-istifadə etmək olmaz. Bütün bunların aradan qaldırılması üçün maarifləndirmə tədbirlərini gücləndirmək lazımdır”.
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki
Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədli komissiyanın bu
gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, seçki prosesi müxtəlif mərhələlərdən
ibarətdir: “Bu proseslərə baxsaq, görərik ki, prosesdə xeyli
subyekt iştirak edir. Maarifləndirmə işinin aparılması həmişə
hədəfimiz olub, əlbəttə ki, bu da zamana bağlı məsələdir. Seçkinin
mahiyyətində maarifləndirmə durur. Seçki prosesi iştirakçılarının
maarifləndirmə səviyyəsinin qaldırılması istiqamətində gördüyümüz
işlər müsbət nəticə verərsə, imzaların toplanılması ilə bağlı bu
cür hallar olmayacaq. Seçkidə iştirak edən subyektlər bəzən
səhvlərə yol verirlər. İmzatoplama kampaniyasında 18 yaşına çatan
hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. Onların da
münasibətindən, bacarığından və bir sıra məsələlərdən asılı olaraq
bu cür hallar baş verir”.
Asif
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR