• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Asamazaşvili Azər Kərimlini qonaq çağırdı - FOTO

  • Nida.az
  • 20 Oktyabr 2015 15:52
  • 263 Baxış
Asamazaşvili Azər Kərimlini qonaq çağırdı - FOTO

112 saylı Qax Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd Azər Kərimli növbəti görüşünü keçirib.

Publika.az-ın məlumatına görə, deputatlığa namizəd oktyabrın 18-də rayonun Ağçay kənd sakinləri ilə görüşüb. Ağçay seçiciləri son 5 il ərzində Azər Kərimlinin fəaliyyətindən razı qaldıqlarını və onu dəstəkləyəcəklərini bildiriblər.

Azər Kərimlinin seçicilərlə növbəti görüşü oktyabrın 19-da Zəyəm kəndində baş tutub. Çıxış edənlər Azər Kərimlinin fəliyyətinə müsbət yanaşdıqlarını, ona səs verəcəklərini deyiblər.

Deputatlığa namizədin ən maraqlı görüşlərindən biri də gürcü əsilli Azərbaycan vətəndaşlarının sıx yaşadığı Əlibəyli kəndində keçirilib. Azər Kərimlini xüsusi ehtiramla və qonaqpərvərliklə qarşılayan kənd sakinləri onun haqqında yayılan təxribat xarakterli sifarişli məlumatlardan hiddətləndiklərini, bu məlumatları eyni zamanda Əlibəyli kəndinin yüksək insani keyfiyyətlərə malik, qonaqpərvər sakinlərinin təhqir olunması kimi qiymətləndirdiklərini bildiriblər. Kənd sakinləri belə təxribat xarakterli, əsassız məlumatları yayanların cəzalandırılması üçün hüquqi addımların atılmasını tələb ediblər. Əlibəyli kəndinin seçiciləri öz çıxışları zamanı Azər Kərimlinin fəaliyyətindən razı qaldıqlarını, onun kəndin problemlərinə hər zaman diqqətlə yanaşdığını vurğulayıblar. Azər Kərimlinin kənddə artezian quyusunun qazılmasına göstərdiyi dəstək, Əlibəylini sel basdığı zaman deputatın dərhal kəndə gəldiyini, onlarla bərabər lilin, palçığın içində evlərə baxış keçirdiyini, çətin anlarda seçicilərini heç vaxt tək buraxmadığını deyiblər.

Azər Kərimli Əlibəyli seçicilərinə öz təşəkkürünü bildirib və qeyd edib ki, ona göstərilən diqqət və verilən dəstək, haqqında yayılan təxribat xarakterli məlumatlara ən gözəl cavabdır.

Görüşdən sonra kənd ağsaqqalı Elisto Asamazaşvili Azər Kərimlini və onun səlahiyyətli nümayəndəsini evinə qonaq dəvət edib. Asamazaşvilinin evində deputatlığa namizədi gürcü ənənəsi ilə qarşılayıblar. Azər Kərimli Əlibəyli kəndinin Azərbaycanın multikultural ənənələrini yaşadan önəmli məkanlardan biri olduğunu, ölkəmizin və onun ayrılmaz bir parçası olan Qax rayonunun milli və dini tolerantlıq sahəsində dünyaya nümunə olmasından qürur duyduğunu bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR