Nida.az
Milli Təhlükəsizlik Nazirliyində yeni təyinat
Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, sərəncamla Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.
Prezidentin fərmanı ilə "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu"nda dəyişiklik edilib.
Mədət Qəzənfər oğlu Quliyev 1958-ci il sentyabrın 27-də Gəncədə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İnstitutunu, 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edib.
O, cinayət-axtarış və mütəşəkkil
cinayətkarlıqla mübarizə strukturlarında xidmət aparmışdır.
1992-1994-cü illərdə Terrorizim və Banditizmlə mübarizə şöbəsinin
rəisi, 1994-1995-ci illərdə DİN-in Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi,
1995-1996-cı illərdə DİN-nin Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə
İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə
Azərbaycan Respublikası DİN-in Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə
İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi,
2002-2004-cü illərdə DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin
rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun
Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN-in Baş
Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il
tarixli 424 nömrəli Fərmanı ilə cinayətkarlıqla mübarizədə xüsusilə
fərqləndiyinə görə Dövlətin ən ali mükafatı, Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 30.06.2005-ci il tarixli
866 nömrəli Sərəncamı ilə ona polis general-mayoru rütbəsi
verilmişdir. Azərbaycan Respublikasının Konstitutsiya dövlət
quruluşunun müdafiəsində cinayətkarlıqla amansız mübarizədə,
dövlətlərarası axtarışda olan residivist cinayətkarların
saxlanılmasında və zərərsizləşdirilməsində şəxsən iştirakına,
transmilli cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə
mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 14.02.2011-ci il tarixli
Sərəncamı ilə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi
vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 20.11.2012-ci il tarixli
Sərəncamı ilə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi
verilmişdir.
Ailəlidir. İki övladı var.
|
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi