Azərbaycandakı nurçu icması arasında Mərkəzi Kəşfiyyatın agentləri var- Şok iddia
Bizi izləyin

Nida.az

Azərbaycandakı nurçu icması arasında Mərkəzi Kəşfiyyatın agentləri var- Şok iddia

Azərbaycandakı nurçu icması arasında Mərkəzi Kəşfiyyatın agentləri var- Şok iddia


Fətullah Gülənin əsl məqsədinin nələr olduğu, onun məktəbləri ilə nəyə nail olmaq istədiyi haqqında ilginc iddialar ortaya çıxıb.

Publika.Az türk mediasına istinadən xəbər verir ki, illərdir FTB(Federal Təhqiat Bürosu) sözçülərindən olan professor Paul L. Uillams camaatın planları haqqında şok detallar açıqlayıb.

Qeyd edək ki, amerikalı professor həmçinin FTB -nin sözçülərindən biridir. Onun illərdir Fətullah Gülən və camaatı araşdırdığı deyilir. Hətta Gülənin Pensilvaniyadakı malikənasına qədər gedib çıxıb.

Amerikalı professor bildirir ki, Baş nazir Rəcəb Tayyip Ərdoğanın Mavi Mərmərə hadisələrinə sərt münasibəti və Suriya siyasətində tutduğu mövqeyə görə F. Gülənin ona düşmən olması arasında maraqlı paralellik var: “34 il öncə general Kənan Evrən həmin vaxt Amerikanın Beynəlxalq Təhlükəsizlik üzrə sözçüsü Zbiqnev Bjeziniskinin Orta Asiyadakı türk dövlətləri üçün yeni bir nizam yaradılmasının vacibliyi fikrinə uyğun hərəkət etdi. Amma bu fikrə əsl cavab verən Gülən oldu və bölgədəki qaz və neft yataqlarının idarəçiliyini ABŞ-a verə bilmək üçün məktəbləri ilə bölgəyə sızmağa başladı”.

Fətullah Gülən CİA-ya işləyir?

P. Uillams Gülənin CİA (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) ilə bağlantılarından da danışıb.

“Keçmiş CİA rəhbərləri bu məqsədlə ona Yaşıl Kart (Green Kart) almaq üçün müraciət etməsi haqda məktub verdi. Gülən çıxışlarında Osmanlının yenidən doğulması və ya yeni İslami dünya nizamından bəhs edir. Maraqlıdır ki, CİA da eyni fikirləri bölüşür kimi hərəkət edir. Yoxsa nə üçün Gülənin Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Qazaxıstandakı məktəblərində CİA agentləri olsun? Bu səbəbə görə də Rusiya və Ukrayna Gülən məktəblərini bağladı. Gülənin təsiri Çinin Uyğur bölgəsində də var. Bu formada CİA tərəfindən onsuz da müstəqil bir ölkə kimi qəbul edilən Türkistanın Çindən asılı olmamasına çalışılır. Uyğurların liderinin də ABŞ-ın Çikaqo şəhərində yaşaması təsadüfi deyil”.

“Gülən icazə vermədiyi müddətdə qadınlar 50 yaşına qədər evlənə bilməzlər”

Məşhur professor 2013-cü ilin iyul ayında yazdığı bir məqalədə isə bu iddiaları irəli sürür: “Gülənin binasında tələbə yataqxanaları, istirahət yerləri, xaricilər üçün mehmanxanalar, helikopter meydançası və atış təlimi sahəsi də var. 100 türkün ətrafını qoruduğu bu qalaya bənzər binanın ətrafındakı qonşular binadan gələn silah səslərindən narahat olduqlarını deyirlər. Bəzən bir helikopterin bina üzərindən alçaqdan uçduğunu da bildirirlər. Silahlı təlim keçən malikanədə yaşayan Gülənsə “terroru qınayıram” deyir”.

Professor iddia edir ki, Gülən məktəblərində 130 CİA agenti işləyir: “Məktəblər narkotik və silah qaçaqçılığı ilə maliyyələşdirilir. Türkiyədə banklar və biznes dünyasına hökm edə bilir. F. Gülən icazə vermədiyi müddətdə qadınlar 50 yaşına qədər evlənə bilməzlər. Onların ailə quracağı kişiləri isə “xoca” (Fətullah Gülən- red ) seçir”.

“Məqsəd CHP-ni ələ keçirməkdir”

“Əvvəllər Fətullah Gülənin malikanəsini çox ziyarət etdim. Malikanəni idarə edənlər və ətrafdakı bütün qonşularla görüşdüm, Gülən məktəblərindəki müdirləri danışdırdım. ABŞ-da Gülənin malikanəsinə gedib-gələn bəzi insanların dediyinə görə camaat AKP-ni tərk edib CHP-ni dəstəkləməyə qərar verib. Məqsədləri bu partiyanı da ələ keçirməkdir. Bu düşüncənin planlaşdırıldığı yer Gülənin Pensilvaniyadakı malikanəsidir. Əlbəttə, ABŞ Dövlət Departamentindən dəstək alıblar. Gülənin CİA-ya xidmət etdiyi aydındır”-deyə P. Uillams açıqlayır.

“Susurluq”la Gülən arasındakı bağlantıları açıqlayan kitab yazıram”

Professor qeyd edir ki, “Susurluq” hadisəsi Türkiyədə dövlət içində necə bir dövlət qurulduğunu, cinayət, mafiya və siyasət dünyasının necə iç-içə keçdiyini ortaya qoymuşdur.

“Gülən CİA tərəfindən idarə olunan bir şəxsdir. İndi “Susurluq” hadisələri ilə Fətullah Gülən arasındakı bağlantıları açıqlayan kitab yazıram”-deyə o, bildirir.

Gülənin 50 milyard dollarlıq sərvəti var?

P. Uillams iddia edir ki, Gülən camaatı böyük bir heroin satışından maliyyələşir. Onun iddialarına görə, F. Gülən ABŞ-da Yaşıl Kart almaq üçün müraciətində 50 milyard dollarlıq bir sərvətə malik olduğunu məhkəmə heyətinə gizlicə təqdim edibmiş: “Bu rəqəm bir tədris qrupunun başında olduğunu belə rədd edən bir insan üçün fantastik məbləğdir. Bu qədər para necə toplandı?”.

P. Uillams məhkəməyə təqdim edilən sözügedən sənədin onda olduğunu və lazım olarsa, yaya biləcəyini vurğulayır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm