Nida.az
MSK sədri MDB-nin müşahidə missiyasının üzvləri ilə görüşüb
Bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri
müşahidə etmək üçün Azərbaycan Respublikasında səfərdə olan
Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin sədri Sergey
Lebedevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 31-də Mərkəzi
Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla
görüşüblər.
Publika.az MSK-dan verilən məlumata əsasən,
Məzahir Pənahov MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevi və
nümayəndə heyətinin üzvlərini salamlayaraq görüşdən məmnunluğunu
bildirib. Sədr Məzahir Pənahov həmçinin qeyd edib ki, rəhbərlik
etdiyi ali seçki qurumu beynəlxalq təşkilatlarla əməkdaşlığa hər
zaman xüsusi əhəmiyyət verir.
Səmimi qəbul üçün təşəkkürünü bildirən MDB İcraiyyə Komitəsinin
sədri Sergey Lebedev seçkilərlə bağlı həyata keçirilmiş layihələr
və son hazırlıq işləri ilə maraqlanıb. Sədr Məzahir Pənahov
reallaşdırılmış genişmiqyaslı layihələr və seçkilərin azad,
ədalətli və şəffaf keçirilməsi atılmış addımlar barədə qonaqları
ətraflı məlumatlandırıb.
Görüş çərçivəsində həmçinin, qarşılıqlı maraq doğuran məsələlərlə
bağlı fikir mübadiləsi aparılıb.
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada