Əli Həsənovun müavini ekoloji problemlərdən danışdı (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

Əli Həsənovun müavini ekoloji problemlərdən danışdı (YENİLƏNİB)

Gənclərlə bağlı layihənin yekun hesabatı

Bu gün Bakıda “Gənclər Evi- Gənclərin ətraf mühit məsələlərində iştirakının artırılmasında platformadır” adlı layihənin yekun hesabat konfransı keçirilib.

Publika.Az-ın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə, bir qrup gənc və media nümayəndələri iştirak edib.

Hesabat məruzəsi ilə çıxış edən layihənin kordinatoru Mirhəsən Seyidov deyib ki, 2 il bundan öncə start verilən layihə Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin Uçaq Fondunun (UNİCEF) tərəfdaşlığı, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin maliyyə dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə başa çatıb: "Son 2 ildə Yevlax, Sabirabad, Goranboy, Göygöl və Lənkərandan olan gənclər ətraf mühit və ekologiya sahəsində Gənclər Evlərinin imkanlarından istifadə etməklə təlimatlandırılıb, gənclərin ətraf mühiti qorunması məsələləri sahəsində qərar qəbulu prosesində aktiv iştirakı təmin edilib. Layihədə iştirak edən hər bir region gənci arasından 25 nəfərlik xüsusi ekologiya qrupları yaradılıb. 2013-2014-cü illər ərzində gənclər 20 kiçik həcmli layihənin tərtib olunması və icrası prosesində iştirak edib, həmçinin kiçik həcmli ucqar dağ kəndlərindən də 900-dən artıq gənc bu prosesə cəlb olunub".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev və ARGTMŞ-ın sədri Şahin Seyidzadə layihənin əhəmiyyətindən danışıblar.

PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov ətraf mühitin mühafizəsi və çirklənmənin qarşısının alınması məsələlərinin son 65 ildə böyük aktuallıq kəsb etdiyini söyləyib: “İkinci dünya müharibəsindən sonra dünyada elm, texnika böyük sürətlə inkişaf etməyə başladı. Bununla da elmi tərəqqi inkişaf etdi. Amma buna baxmayaraq digər tərəfdən də bu inkişafı ətraf mühitə böyük təsirlər göstərdi, ətraf mühitin çirklənməsinə səbəb oldu. Nəticədə çirklənmə artdı və ətraf mühitin mühafizəsində çətinliklər yarandı.

Təəssüf olsun ki, Azərbaycan dünyanın tərkib hissəsi kimi bu proseslərdən kənarda qalmadı. Azərbaycan uzun illər müstəqil dövlət olmayıb. Əvvəlcə Rusiya İmperiyasının, 1922-ci ildən sonra Sovet İttifaqının tərkibində olub. Bu səbəbdən özümüz öz sərvətlərimizə sahib çıxa bilməmişik. Həmin illərdə Azərbaycan Sovet İttifaqının neftə olan tələbatının 75 faizini ödəyirdi. Bütün bunlarda ölkədə hasilat sənayesinin sürətlə inkişaf etməsinə təsir göstərdi”.

Vasif Həsənli

15.37

Bu gün Bakıda “Gənclər Evi-Gənclərin ətraf mühit məsələlərində iştirakının artırılmasında platformadır” adlı layihənin yekun hesabat tədbiri keçirilib.

Publika.Az-ın məlumatına görə, 2 il bundan öncə start verilən bu layihə Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin Uçaq Fondunun (UNİCEF) tərəfdaşlığı, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin maliyyə dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə başa çatıb.

Son 2 ildə Yevlax, Sabirabad, Goranboy, Göygöl və Lənkərandan olan gənclər ətraf mühit və ekologiya sahəsində Gənclər Evlərinin imkanlarından istifadə etməklə təlimləndirilib, gənclərin ətraf mühiti qorunması məsələləri sahəsində qərar qəbulu proseində aktiv iştirakı təmin edilib.

Layihədə iştirak edən hər bir region gəncləriarasında 25 nəfərlik xüsusi ekologiya qruplarının yaradılması və sonradan kpnüllü gənclərin müraciəti ilə qrupların say baxımından daha da genişləndirilməsi, region arasında gənclərin iştirakı ilə 6 min nəfər gənc arasında sorğuların həyata keçirilməsi, adı çəkilən regionların ucqar dağ kəndlərində də səyyar təlim qrupları tərəfindən ətraf mühit məsələləri üzrə 15 min nəfər gəncə təlimlərin keçirilməsi, gənclərdə rayon icra hakimiyyəti nümayandələri, millət vəkilləri, qərar qəbul edən şəxslər arasında görüçlərin və səmərəli müzakirələrin təşkil olunmasından danışılıb.

Son 2013-2014-cü illər ərzində gənclər 20 kiçik həcmli layihənin tərtib olunması və icrası prosesində iştirak edib, həmçinin kişik həcmli ucqar dağ kəndlərindən 900-dən artıq gənc cəlb olunub. Layihə çərçivəsində xarici təcrübənin öyrənilməsi üçün Gənclər Evləri rəhbərlərinin, layihə tərəfdaşları olan qurum nümayəndələrinin, layihə koordinatoru və regiondan olan aktiv gənclərin Praqada təşkil olunan təcrübə mübadiləsi səfərinə qatılaraq beynəlxaql yararlanması vurğulanıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm