Nida.az
İsrailin bütün ölkələrdəki səfirlikləri bağlandı
Diplomatların tətil eləməsi ucbatından İsrailin bütün ölkələrdəki səfirlikləri bağlanıb. Diplomatlar əmək haqlarının azlığından şikayətlənirlər. Məlumata görə, israilli məmurlar əmək haqlarının artırılmasını tələb edirlər.
Diplomatların ümumdünya etirazı Roma Papası Fransiskin İsrailə səfərini sual altında qoyur. Onun səfəri may ayı üçün planlaşdırılır.
Ekspertlərin sözlərinə görə, bu, 1948-ci ildə yaradılmış İsrail dövlətinin tarixində ilk hadisədir. Tətil 102 diplomatik nümayəndəliyin bağlanması ilə nəticələnib, dövlətin BMT və digər beynəlxalq qurumlarla əlaqələrində böhrana səbəb olub.
"Hazırda Xarici İşlər Nazirliyi mövcud deyil", - diplomatlardan biri deyib.
İsrail XİN rəhbəri Aviqdor Liberman baş verənləri "məsuliyyətsizlik" adlandırıb."Bu dəhşətli qərardır və həmkarlar ittifaqlarının vəziyyətə nəzarəti itirdiyini göstərir. Biz ölkəyə və vətəndaşlara dəyən ziyanı minimuma endirmək üçün əlimizdən gələn hər şeyi etməliyik", - nazir qeyd edib.
Tətil edənlər isə 1200 nəfər diplomatik missiya əməkdaşının etiraza qoşulduğunu deyirlər. Onların sözlərinə görə, aksiya müddətsizdir.
İsrailli diplomatların əmək haqları hazırda 1,7 və 2,6 min dollar arasıdır. Onlar deyirlər ki, xairici ölkələrə gedərkən həyat yoldaşları işlərini buraxmaq məcburiyyətində qalırlar. Bu səbəbdən xarici ölkədə ailələrini dolandırmaqda çətinlik çəkirlər. Son 15 ildə diplomatların 3-də bir hissəsi məhz əmək haqlarının aşağı olması ucbatından işdən çıxıblar ("Milli.Az").
Xatırladaq ki, bu informasiyanı Publika.Az 7 gün əvvəlcə vermişdi.
Məlumatda deylirdi ki, İsrail Xarici İşlər Nazirliyi (XİN) ilə
Maliyyə Nazirliyi arasında yaranan problem üzündən İsrailin
Azərbaycandakı səfirliyinin maliyyələşməsində çətinlik yaranıb və
İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb.
İsrail-Azərbaycan Dostluq Cəmiyyətinin Idarə Heyətinin üzvü Arye
Qut Publika.Az – a açıqlamasında İsrail XİN-in maliyyə problemi
olduğu xəbərini təsdiqləyib.
O, qeyd edib ki, XİN işçiləri tətil elan ediblər və bu heç də
Azərbaycan-İsrail əlaqələri ilə bağlı deyil. A.Gut səfirliyin
tamamilə bağlandığı barədə məlumatının olmadığını söyləyib.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"