Müsavatçı gənclər arasında qalmaqal: qarşılıqlı ittihamlar
Bizi izləyin

Nida.az

Müsavatçı gənclər arasında qalmaqal: qarşılıqlı ittihamlar

Müsavatçı gənclər arasında qalmaqal: qarşılıqlı ittihamlar


Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əhliman Abbaslı “Yeni Müsavat” qəzetinin xanım əməkdaşının tənqid edib.

Publika.Az -a xəbər verir ki, Ə. Abbaslı bildirib ki, az öncə qəzetin əməkdaşlarından birinin tələsi ilə qarşı-qarşıya qalıb: “Xanım jurnalist məndən müsahibə adı ilə etdiyi söhbətdən mənə aid olmayan fikri öz “Feysbuk” səhifəsində mənim adıma yazdı. Bu məsələni “Yeni Müsavat” rəhbərliyi ilə aydınlaşdırmağa çalışacağıq. Ümid edirik qəzet rəhbərliyi bu məsələ barəsində əməkdaşına öz iradını bildirəcək”.

Ə. Abbaslı iddia edib ki, müsavatçı gənclər olaraq öz şəxsi rifahlarının göz ardı edərək, ölkə üçün əllərindən gələnləri etməyə çalışırlar: “Bunun qarşılığında üzləşdiyimiz məhrumiyyətləri isə heç zaman əlimizdə bayraq etməmişik. Mənim dostlarım, tələbə yoldaşlarım, ölkənin və dünyanın ən qabaqcıl şirkətlərində, universitetlərində fəaliyyət göstərirlər, ölkə boyu minlərlə gənc öz şəxsi rifahları, biznesləri, gələcəkləri uğrunda çalışırlar. Mən daxil olmaqla bizim gənclərimiz isə həyatının bütün imkanlarından əl çəkərək təmənnasız formada ölkəsi, xalqı uğrunda bacardıqlarını etməyə çalışırlar. Biz hər şeyə rəğmən bu qərarımızdan da peşman deyilik, heç zaman da olmayacağıq, fəxr edirik bu qərarımızla da. Ancaq gördüyüm odur ki, mənə, bizə qarşı müxtəlif mövqedə olan şəxslərin şəbəkələşmiş qara piarı gedir aylardır. Bu merkantillərin, mənfəətçilərin, intiriqantların bütün dərdləri mənəm, gənclərdir, Müsavat Gənclər Təşkilatının böyümək, güclənmək hədəfləridir. Siyasi fəaliyyətə başladığım gündən İlham Əliyevin, hökumətin siyasətinə olan münasibətimi heç zaman mövzu etməyə həvəsli olmayanlar, daima intriqalı məsələlərə məni mövzu etməyə çalışırlar. Mənə çox maraqlıdır nədir bu şəbəkənin məqsədi?! Çıxıb gedək, işimzi görməyək? Bunu görməyəcəklər! Müsavat Gənclər Təşkilatı ölkəsinə səmimi xidmət edən onlarla siyasətçi, minlərlə hərəkatçı təqdim edəcək ölkəmizə”.
Qeyd edək ki, uzun müddətdir Müsavat GT-də təşkilatdan çıxarılan 8 gənclə rəhbərlik arasında gərginlik davam edir.

Bu aradan GT-dən çıxarılan gənc Cavanşir Abbaslının da “Feysbuk” səhifəsində yazıqları diqqət çəkəndir.
O, “Bəzi “insan”lara səslənirəm: “Nə tez mühacirətə aid statuslar yazmaqdan yoruldunuz?” Sizlər axı çox “iradə”li insanlarsınız...! Belə “məşhurlaşmaq” olmaz. Sonuna qədər kiminsə şotuna “məşhurlaşmaq” üçün statuslar yazmağı dayandırmayın...

Meydanlara çıxmağa cəsarəti çatmayanlar, mübarizədə qadından alət kimi istifadə edənlər, iki eşşəyin arpasını bölə bilməyən savadsızlar və s vətənşüvənliyə başlayıblar...” deyə yazıb.

Xatırladaq ki, GT-dən çıxarılan gənclər sədr Əhliman Abbaslını meydanlara çıxmamaqda, mitinqlərdə iştirak etməməkdə ittiham edirlər.

Bununla yanaşı, nəticəsi ləğv edilmiş qalmaqallı seçkidə qalib gələn Cavid Hacıbəyli sosial şəbəkələrdə müsavatçı gənclərin Rusiya səfirliyi qarşısında keçirdiyi aksiyaya gəlməyənləri səert tənqid edib. O iddia edib ki, Müsavat Divanı aksiyaya getməyənlərə, yəni GT-yə xəbərdarlıq edib, iştirakçıları ilə təbrik edib.

Lakin GT üzvləri bununla razılaşmayıblar. Onlar Divanın piket qərar vermədiyini əsas gətiriblər. GT üzvləri həmçinin Divanın məlumatlarının bu gənclərə ötürülməsində Tural Abbaslının ittiham ediblər.
Hazırki rəhbərliyin Müsavat icra aparatının rəhbəri Arif Hacılıya, digərlərinin isə Divan üzvü Tural Abbaslıya yaxın olduğu deyilir.

Cavanşir Abbaslı isə qeyd edib ki, aksiyadan bir gün əvvəl hər iki tərəfdən-GT-dən çıxarılanlar və GT üzvlərindən ibarət siyahı tutulubmuş. Amma aksiyaya 5 dəqiqə qalmış qətnaməni özləri yazmağa məcbur olublar.
“Çünki gördük ki, rəsmi Müsavat Gənclər Təşkilatından bir nəfər də olsun yoxdur. Həqiqəti nağıllarda yox, reallıqda yaratmaq lazımdır”-deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm