Kommunistlər Putinə məktubu təkzib etdi: “Bu bizə qarşı təxribatdır”
Bizi izləyin

Nida.az

Kommunistlər Putinə məktubu təkzib etdi: “Bu bizə qarşı təxribatdır”

Kommunistlər Putinə məktubu təkzib etdi: “Bu bizə qarşı təxribatdır”


“Azərbaycan Kommunist Partiyasının I katibi kimi özünü təqdim edən Telman Nurullayevin kommunistlərin adından Putinə təbrik məktubu ünvanlanmasının bizə heç bir aidiyyəti yoxdur. Bu Kommunist Partiyasına, ölkədəki kommunistlərə qarşı təxribatdır”.

Bu barədə Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov Publika.Az -a açıqlamasında Azərbaycan kommunistlərinin adından Krımın Rusiyaya birləşdirilməsinə görə Vladimir Putinə ünvanlanan təbrik məktubuna münasibət bildirərkən deyib.

AKP sədri qeyd edib ki, Telman Nurullayev partiyadan 1996-cı ildə xaric edilib: “Pozuculuq fəaliyyətinə görə 1996-cı ilin oktyabr ayında keçirilən partiya qurultayında bu şəxs partiya sıralarından xaric edilib. Onda hələ rəhmətlik Ramiz müəllim (Ramiz Əhmədov-red) sağ idi. Bu gün o hardan ortaya çıxıb, belə bir məktub yazıb bilmirik. Amma bu kommunistlərin respublikadakı nüfuzuna xələl gətirməyə istiqamətlənmiş addımdır və Kommunist Partiyasına qarşı təxribatdır. Onu yayanların partiya ilə heç bir əlaqəsi yoxdur. Bu partiyadan xaric edilmiş anti-partiya qrupu kimi pozuculuq fəaliyyəti ilə məşğul olan insanların işidir”.

R. Qurbanov bildirib ki, o, AKP-nin sədri kimi Krımdakı referendumu və bu ərazinin Rusiyaya birləşdirilməsini qəbuledilməz hesab edir. Onun sözlərinə görə, böyük bir insident yaradan belə məsələdə məsuliyyətsizlik edib Putinə necə təbrik məktubu yazmaq olar. Digər tərəfdən Putin kommunist deyil. Burjua dövlətinin oliqarx qruplarına rəhbərlik edən başçısıdır. Necə ola bilər ki, bir kommunist rəhbəri bu siyasətə dəstək versin. Telman Nurullayev də kommunistlər tərəfindən qəbul edilmir, onun beynəlxalq aləmdən xəbəri belə yoxdur. O kommunistlərin nümayəndəsi kimi çıxış edə bilməz. Təxribatçı, partiya sıralarından qovulmuşlar nə vaxtdan kommunist oldular. Hər ağılına yiyəlik etməyən, sərsəm xəyallarla ortaya çıxıb özünü hansısa partiyanın rəhbəri kimi təqdim edirsə, bu, həmin partiyanın nüfuzuna xələl gətirir”.

R. Qurbanov bildirib ki, onun Ukraynadakı hadisələrlə bağlı müsahibəsi olub: “Orda mən Ukraynada baş verənləri, Maydandakıların hakimiyyət çevrilişi etməyi tənqid etmişəm və Rusiya hakimiyyətinin oradakı rusdilliləri, rusları qorumaq üçün diplomatik addımlar atmasının dəstəkləmişəm. Çünki həqiqətən də bu hakimiyyət çevrilişi idi. Dövlət strukturlarının tutub hökuməti özünə tabe etdirmək doğru deyil. Bu hadisələr 1990-cı illərdə Azərbaycanda da baş vermişdi. Bununla yanaşı, bizim dəfələrlə bəyanatlarımız da oldu. Bu gün Putinə məktub göndərənlər o hadisələrə heç bir münasibət bildirmirdi. Bizim də bu mövqeyimiz Krımda referendum keçirilməmişədən əvvəl olub. Müsahibənin tarixinə də baxa bilərsiniz. Krımda hər şey başqadır. Necə ola bilər ki, azərbaycanlı olasan, Azərbaycanda fəaliyyət göstərən bir partiyanın rəhbəri olasan və buna dəstək verəsən. Bəs, Qarabağı taleyi necə olacaq. Sabah da Dağlıq Qarabağdakı ermənilər ayağa qalxıb referendum keçirəcəklər və hansısa dövlətə birləşəcəklər. Bu qəbuledilməz bir şeydir”.

AKP sədri Krıma görə Qərb dövlətlərini də günahlandırıb. Bildirib ki, vaxtilə Kosovada belə bir presedent yaradıldığı üçün Rusiya da bundan istifadə edib Krımı özünə birləşdirdi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm