• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

“Barrozunun fikirlərinə təmkinlə yanaşmaq lazımdır” - RƏY

  • Nida.az
  • 28 Mart 2014 19:35
  • 710 Baxış
“Barrozunun fikirlərinə təmkinlə yanaşmaq lazımdır” - RƏY

“Barrozunun fikirlərinə təmkinlə yanaşmaq lazımdır” .Bunu Moderator.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov ötən gün Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozunun Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayaraq, bundan sonra "Cənub qaz dəhlizi" vasitəsilə Rusiyadan deyil, Azərbaycandan qaz alacağ”ı haqda verdiyi bəyanatın Azərbaycana hər hansısa siyasi təhlükəsizliyinə xələl gətirə biləcəyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ilk növbədə, Avropa Komissiyasının prezidenti X. Barrozu Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulasa da, Azərbaycanın enerji resursları Avropanın enerjiyə olan ehtiyacını tam ödəyə bilməz və bu baxımdan da müstəsna hala məxsus deyil:

“Ona görədə Barrozunun səsləndirdiyi bəyənat daha cox siyasi məna yükünə malikdir və bu bir çağrışdır”.Politoloqun fikrincə, Barrozunun bu bəyənatı əslində regionumuzda baş verə biləcək geosiyasi kataklizimlərin qarşısını almağa hesablanıb:“Digər tərəfdən bu bəyanatı hazırda geosiyasi ziddiyyətin baş verdiyi və adekvat reaksiya verməyən süst Ukaraynadan daha savaşqan Qafqaz regionuna keçirmək cəhdi kimi də qimətləndirmək olar. Belə ki, Azərbaycan gözlənilmədən Rusiyanın hədəfinə çevrilir. Yəni ABŞ və Avropanın Rusiya qarşı iqtisadı sanksiyalarının əsas açar ölkəsi kimi Azərbaycan göstərilir. Bu da Rusiyanın diqqətini Ukraynadan uzaqlaşdıraraq Qafqaz cəmləməsi reaksiyasına hesablana bilər. Ona görə də, bu cür bəyanatlara daha çox təmkinlə və mövqe bildirməməklə reaksiya vermək lazımdır”.

Sonda A. Məmmədov Azərbaycan rəhbərliyinin son hadisələrlə əlaqədar mövqeyinin dövlətimizin milli mənafeyinə uyğun həyata keçirdiyini və bunun da milli təsssübkeşliyi olan siyasi təhlilçilər tərəfindən təqdir olunduğunu da qeyd etdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR