Nida.az
Fazil Mustafa: “Açıq desinlər ki, hakimiyyətə işləməyə hazırıq”
“Biz müxalifətdə verilən proqnozların qısa müddətdə danılması,
ciddi proqnozlaşdırmanın aparılmamasından danışmışıq. Əgər onlar
özlərini ağıllı, iqtidardakıların hamısını ağılsız sayırlarsa,
bunun nəticəsi 20 ildir hakimiyyətə gələ bilmədiklərində özünü
göstərir. Mən bunlara əsaslanıb fikrimi irəli sürürəm”.
Bu barədə Böyük Quruluş Partiyasının (BDP) sədri, millət vəkili Fazil Mustafa Publika.Az -a açıqlamasında onun “əqli parlaq müxalifət yoxdur” fikirlərinə verilən rekasiyalara münasibət bildirərkən deyib.
F. Mustafa qeyd edib ki, müxalifətdə gələcəyi oxuya, addımları dəqiq əsaslandıra, düzgün proqnozlaşdıra bilməmək bu gün əsas problemlərdəndir: “Deyirlər k, Rusiya məsələsində hakimiyyətlə birlikdə hərəkət etməyə hazırıq. Açıq desinlər ki, hakimiyyətə işləməyə hazırıq. Biz də deyirik ki, hakimiyyətlə sərt qarşıdurmaya getmədən ölkənin problemlərinin həllinə nail olmaq lazımdır. Qarşıdurmadan danışanların böyük əksəriyyəti bunu sona qədər aparıb çıxarda, proqnozlaşdıra bilmirlər. Qarşıdurmanın nəticələri Ukraynada özünü göstərdi. Ona görə də daha fərqli müxalifət anlayışına ehtiyac var. Biz bunu nəzərdə tutmuşuq. Kimisə təhqir etmək məqsədimiz olmayıb. Hesab edirəm ki, gələcəkdə bu cür davam etmək ölkədə heç bir situasiyada dəyişiklik yaratmayacaq və ölkənin demokratikləşməsi istiqamətində müxalifətin hansısa təklifləri diqqətə alınmayacaq. Amma elə yol izləmək lazımdır ki, addım-addım demokratikləşməyə nail olunsun. Buna da məncə parlament müxalifəti formasında indidən hazırlaşmaq lazımdır”.
F. Mustafa həmçinin qeyd edib ki, müəyyən dərəcədə hakimiyyətin
özünü sərt üslubdan çəkindirməyi bacarmaq lazımdır.
Asif
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova