Nida.az
İlham Əliyev İndoneziya səfirinin etimadnaməsini qəbul etdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın
3-də İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin
etimadnaməsini qəbul edib.
Səfir Hüsnan Bəy Fanani fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Hüsnan Bəy Fanani etimadnaməsini dövlətimizin başçısına təqdim
etdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan ilə İndoneziya arasında əlaqələrin uğurla inkişaf
etdiyini deyən dövlətimizin başçısı ölkələrimizin beynəlxalq
təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı
çərçivəsində yaxşı əməkdaşlıq etdiyini vurğuladı, ölkəmizə verdiyi
dəstəyə görə İndoneziyaya təşəkkürünü bildirdi. Tərəfdaşlıq
əlaqələrimizə toxunan Prezident İlham Əliyev Azərbaycanın
İndoneziya ilə daha yaxın əlaqələr qurmaqda maraqlı olduğunu dedi.
Ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəni, sərmayə
qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu
deyən Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə uğurla inkişaf
etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Hər iki ölkədə uzun illərdir səfirliklərin fəaliyyət
göstərməsinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev səfir
Hüsnan Bəy Fananiyə fəaliyyətində uğurlar arzuladı.
Səfir Hüsnan Bəy Fanani İndoneziya Respublikasının Prezidenti
Coko Vidodonun salamlarını dövlətimizin başçısına çatdırdı.
Xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduqlarını
vurğulayan səfir iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan
əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar
olduğunu dedi. O, ölkəmizdə diplomatik fəaliyyəti dövründə
ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işində
səylərini əsirgəməyəcəyini vurğuladı.
Hüsnan Bəy Fanani 2017-ci ildə ölkəmizdə keçiriləcək İslam
Həmrəylik Oyunlarının əhəmiyyətini qeyd etdi.
Dövlətimizin başçısı İlham Əliyev Prezident Coko Vidodonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İndoneziya dövlətinin başçısına çatdırmağı xahiş etdi.
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada