Nida.az
Rusiyalı politoloq: “Bu, II Qarabağ müharibəsi deməkdir”
“Dağlıq Qarabağın tanınması müharibənin başlanması
deməkdir”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı
ekspert Vladimir Jarixin deyib.
Onun sözlərinə görə, İrəvanın bu cür davranışı münaqişə üzrə
danışıqlar prosesini əngəlləyir.
Ekspert düşünür ki, bu məsələnin Ermənistanda gündəmə gəlməsi daha
çox emosional hisslərdən və çıxılmaz vəziyyətdən qurtulmaq
cəhdlərindən irəli gəlir: “Bu addım Minsk qrupunun həmsədr ölkələri
olan Rusiya, ABŞ və Fransa ilə də qarşıdurma deməkdir. Bu baxımdan
ermənilərin buna gedəcəyi gözlənilən deyil”.
Qeyd edək ki, Dağlıq Qarabağın tanınması ilə bağlı qanun
layihəsinin bu gün Ermənistan parlamentində müzakirəsi
gözlənilirdi. Lakin məsələ gündəliyə salınmayıb. Ekspertlər bunu
Ermənistanın şantajı olaraq qiymətləndirilər.
V. Jarixin də hesab edir ki, məsələnin gündəmə gətirilməsi
Ermənistanın bunu qəbul etməsi ilə nəticələnməyəcək.
Rusiyalı ekspert Dağlıq Qarabağda müharibənin yenidən başlama
ehtimalına da toxunub.
“Vəziyyətin ciddi şəkildə kəskinləşməsi mümkündür. Xüsusilə
beynəlxalq vasitəçilərin – ABŞ, Fransa və Rusiyanın münaqişə
tərəflərinin hər hansı birinə dəstək verməsi müharibəni qaçılmaz
edəcək”, - deyə o bildirib.
Asif
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR