Məmmədyarov: "Danışıqlar gələcək üçün yaxşı imkanlar yaradır"
Bizi izləyin

Nida.az

Məmmədyarov: "Danışıqlar gələcək üçün yaxşı imkanlar yaradır"

Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrovun qiymətləndirməsi ilə razıyam ki, dünən keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm