Dağlıq Qarabağ “Euronews”da: “Bu, qonşularının torpağını işğal edənlərə baha başa gələcək”
Bizi izləyin

Nida.az

Dağlıq Qarabağ “Euronews”da: “Bu, qonşularının torpağını işğal edənlərə baha başa gələcək”

Dünyanın 155-dən çox ölkəsində 350 milyon tamaşaçısı olan Euronews telekanalının saytında Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən hazırlanmış məqalə dərc edilib. Saytda məqaləyə əlavə olaraq TEAS-ın direktoru Lionel Zetterin münaqişəyə dair video şərhi də yerləşdirilib. (http://www.euronews.com/2016/05/17/nagorno-karabakh-an-azeri-perspective/)

Publika.az məqalənin tərcüməsini təqdim edir.

Vətəndaşlarının hərəkətləri hüquqi qanunlar çərçivəsində tənzimləməyən dövlət mövcud olmadığı kimi, dünya da beynəlxalq hüquq normaları olmadan keçinə bilməz. Beynəlxalq hüququn əsasını isə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı təşkil edir.

Ərazi bütövlüyünün pozulması müharibəyə, hərc-mərcliyə və qırğına səbəb olur. Son iyirmi beş ildə biz Cənubi Qafqazda məhz bunları görürük. Beynəlxalq hüququn bu vacib prinsipi təşviq edən və bu prinsip pozulduğu halda sanksiyalar tətbiq edə bilən beynəlxalq təşkilatın müdaxiləsi zəruridir. Öz qonşuluğunda yerləşən dövlətin torpağını işğal edənlər bunun onlara baha başa gələcəyini bilməlidir.

Xoşbəxtlikdən belə bir təşkilat var. Bu Birləşmiş Millətlər Təşkilatıdır və bu təşkilatın mövqeyi hamıya bəllidir. Onun Təhlükəsizlik Şurası dörd (822, 853, 874 və 884), Baş Assambleyası isə bir qətnamə (62/243) qəbul edib. Bunların hər birində erməni işğalı altında olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun Azərbaycan torpaqları olması ifadə edilib. Bu qətnamələr erməni işğalçılarının bu torpaqlardan çıxmalarını da tələb edir.

BMT-nin mövqeyi kifayət etməlidir. Baxmayaraq ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təşkilatlar da eyni mövqeyi təkrarlayır və dəstəkləyir.

Azərbaycan torpaqlarının işğalına görə, Ermənistanın məsuliyyəti Avropa İnsan Haqları Məhkəməsi tərəfindən "Ermənistan tərəfindən

Dağlıq Qarabağ və ətraf rayonların üzərində effektiv nəzarət həyata keçirilir" kimi ifadə də təsdiq edilib.

Silah gücünə yaratdığı oyuncaq “dövləti”, hətta Ermənistan belə bu günədək tanımayıb. Əlbəttə, ermənilərə öz vətəni olan Ermənistan lazımdır. Bu ölkənin çox zəif iqtisadiyyatı və günbəgün azalan əhalisi var. Bu onun öz işğalçı mövqeyindən əl çəkməsi, beynəlxalq yardımlardan asılılığını azaltmaq məqsədi ilə iqtisadiyyatını gücləndirməsi üçün əsasdır.

Multikultural ölkə olan Azərbaycanda ermənilər hər zaman yaxşı yaşayıb, Dağlıq Qarabağa ən yüksək səviyyəli muxtariyyət təklif olunub. Azərbaycan hökuməti, Azərbaycan xalqı, yüz minlərlə qaçqın və məcburi köçkün ailələri uzun illər səbr ediblər. ATƏT-in Minsk qrupunun problemin həllinə diplomatik yol ilə nail olmaq üçün çox şansı olub. O, Madrid prinsiplərini irəli sürüb. Bu yol azərbaycanlıların və ermənilərin yenidən bir yerdə yaşamasını nəzərdə tutur. Azərbaycan bunu qəbul, Ermənistan isə rədd etdi. Status-kvo Ermənistanın əraziləri əlində saxlamasıdır. Münaqişənin həllinə dair danışıqlar isə status-kvonu dəyişə bilər.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bəyan edib ki, adam başına düşən qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycan dünyada birincidir. Onlara yaxşı qayğı göstərilməsinə baxmayaraq, hər biri öz dədə-baba torpaqlarına qayıtmağa can atır.

Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun öz ailə üzvlərinin məzarlarını işğal altındakı torpaqlarda ziyarət etmək cəhdləri Ermənistan tərəfindən zorakılıqla qarşılanıb. Onlardan biri öldürülüb, digər ikisi isə həbsə məhkum olunub.

İşğal edilmiş ərazilərdə ermənilərin qəddar rəftarını görməsinə baxmayaraq, qaçqın və məcburi köçkünlər əsrlər boyu olduğu kimi erməni qonşuları ilə bir yerdə yaşamaq istədiklərini bildirirlər.

Mono etnik Ermənistandakı vəziyyətdən kəskin fərqli olaraq multikultural Azərbaycanda yəhudi, ortodoks, katolik və protestant icmalar birgə tolerant şəraitdə yaşayır.

Sülh hələ mümkündür, lakin o suverenlik və ərazi bütövlüyünün toxunulmazlığı üzərində qurulmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm