"Tibbdə korrupsiya yoxdur" - Bahar Muradova
Bizi izləyin

Nida.az

"Tibbdə korrupsiya yoxdur" - Bahar Muradova

Tibi sığorta ilə bağlı deyilən fikirlərin bəziləri ilə razıyam. Amma məsələnin korrupsiyaya gətirilib çıxarılması qəbul olunmazdır”.

Publika.Az xəbər verir ki, bu barədə vitse-spiker bahar Muradova “Tibbi sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı səslənən fikirlərə münasibət bildirərkən deyib.

Vitse-spiker deputat Aytən Mustafayevanın səhiyyədə korrupsiyanın olması ilə bağlı dediklərinə razı olmadığını bildirib.

Daha sonra, deputat Qənirə Paşayeva “Tibbi sığorta haqqında” qanunun işləməsindən danışıb: “15 il əvvəl qəbul olunan bu qanunun işləmir. Bu ciddi bir problemdir”.

O, bu məsələdən daha çox regionlardakı insanların əziyyət çəkdiyini deyib. "Tibbi sığorta tez bir zamanda həll olunmalıdır. Bu həkimin də, pasiyentin də hüququnu müdafiə edəcək"-deyə deputat bildirib.

Tibbi sığorta haqqında qanuna texniki dəyişiklik qəbul edildi, parlamentin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə bildirib ki, Tibbi sığorta haqqında qanun gələn həyata vəsiqə alacaq.

Qanunun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən, tibbi sığorta təşkilatı sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək üçün "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta haqları hesabına sığorta ehtiyatlarını formalaşdırmalıdır.

16-cı maddənin beşinci hissəsində "qanunvericiliyində müəyyən edilmiş qaydada məhkəmə tərəfindən" sözləri "qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında" sözləri ilə əvəz edilib.

17-ci maddədə isə "qanunvericiliyinə uyğun olaraq" sözləri "Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda" sözləri ilə əvəz edilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm