Nida.az
Azərbaycanlı əsir və girovlar "Metsamor"da işlədilir - ŞOK İDDİA
"Ermənistanda saxlanılan azərbaycanlı girovlar və əsirlər Metsamor Atom Elektrik Stansiyasında işlədilir".
Bunu azvision.az-a açıqlamasında Əsassız Erməni İddialarına
Qarşı Mübarizə Dərnəyinin (ASİM DER) sədri Göksəl Gülbəy
deyib.
Onun sözlərinə görə, Qarabağ müharibəsi zamanı əsir düşmüş və
girovluqda olan azərbaycanlılar daş kömür mədənləri, qızıl
yataqları ilə yanaşı, həmçinin “Metsamor AES”da
işlədilirlər.
Qeyd edək ki, Ermənistan tərəfi 23 ildir ki Azərbaycanın
tələblərini qulaqardına vuraraq əsir və girovları danır, onları
qaytarmaqdan imtina edir. Əsir və İtkin Düşmüş Vətandaşlarla
Əlaqədar Dövlət Komitəsinin 1 yanvar 2011-ci il məlumatına görə
əsir və girovların sayı 4049 nəfərdir. Ermənistanda saxlanılan əsir
və girovlardan 3273 nəfər hərbiçi, 771 nəfəri mülki şəxs, 5 nəfərin
isə hərbçi və mülki şəxs olması bilinməyən şəxslərdir.
Əsir və girovların məcburi işlədilməsi, əməyinin istismarı,
həmçinin, istifadə müddəti bitmiş atom elektrik stansiyasında
işlədilməsi bütün beynəlxalq qaydalara, insan haqlarına
ziddir.
Erməni əsirliyində olan azərbaycanlılara qarşı hər cür işgəncənin olduğu sirr deyil. Əsir və girovların Metsamor Atom Elektrik Stansiyasında işlədilməsi haqda olan iddialar beynəlxalq qurumlar tərəfindən ciddi araşdırılmalı və tədbir görülməlidir.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR