“12-ci ordunun Azərbaycanı işğal etməsini istəyirlər” - Şok iddia
Bizi izləyin

Nida.az

“12-ci ordunun Azərbaycanı işğal etməsini istəyirlər” - Şok iddia

“12-ci ordunun Azərbaycanı işğal etməsini istəyirlər” - Şok iddia

“Azərbaycanda həm müxalifət, həm də vəzifələrdə olan Rusiyanın adamları var. Onlar altdan-altdan təxribatla məşğuldur. Bu adamlar hər zaman 12-ci ordunun Azərbaycanı işğal etməsini istəyirlər”.

Bu barədə Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, Milli Şuranın üzvü Hacıbaba Əzimov Publika.Az-a açıqlamasında son zamanlar müzakirə edilən Rusiya təhlükəsi barədə danışarkən deyib. Onun sözlərinə görə, bu adamları Rusiya himayə edir.

Partiya sədri hesab edir ki, Azərbaycanın dövlət təhlükəsizliyi, müstəqilliyi təhdid altındadır: “Mən dəfələrlə rəhmətlik Heydər Əliyev prezident olanda, sonra da İlham Əliyevə prezident kimi partiya adından rəsmi məktublar yazmışam. Bildirmişəm ki, Azərbaycan müstəqilliyinin əleyhinə olan keçmiş KQB agentləri anti-milli fəaliyyətlə məşğuldur. Onlar hətta vaxtilə Heydər Əliyevə divan tutmaq istəyirdilər. Halbuki onların etnik mənşəyinə baxsaq, Azərbaycan türkü olmadıqları da ortaya çıxar. Deputat Siyavuş Novruzov, Zeynəb Xanlarova da parlamentdən deyiblər ki, vaxtilə Heydər Əliyevə divan tutmaq istəyənlər indi parlamentdə oturub”. H. Əzimov qeyd edib ki, Rusiyanın Azərbaycan müxalifətində də xeyli dəstəkçisi, adamı var: “Guya onlar mövcud iqtidara müxalif mövqedən çıxış edirlər, amma əslində, Rusiyanın və başqa ölkələrin agentləridir. Onlar hakimiyyətə müxalif deyillər, Azərbaycana, dövətçiliyimizə müxalifdir. Xarici kəşfiyyatın istəyi ilə atılıb-düşür və ara qarışdırırlar. Bəzən də onları ifşa edəndə it sürüsü kimi hücuma keçirlər”.

H. Əzimov bildirib ki, Rusiya Azərbaycana müdaxilə etsə, Kremlin burdakı adamları Azərbaycana arxadan zərbə vuracaqlar.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm