AŞPA həmməruzəçiləri Bakıya gəlir
Bizi izləyin

Nida.az

AŞPA həmməruzəçiləri Bakıya gəlir

Yanvarın 20-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Jozef Debono Qrex Azərbaycana səfərə gələcək.

Yanvarın 20-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Jozef Debono Qrex Azərbaycana səfərə gələcək. Bu barədə Publika.Az-a Avropa Şurasının (AŞ) Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Teymur Məlikaslanov məlumat verib.

Onun sözlərinə görə, yanvarın 21-dən başlayacaq səfər iki gün davam edəcək. T.Məlikaslanov deyib: “Səfər çərçivəsində həmməruzəçilər ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyətini araşdıracaq, bir sıra görüşlər keçirəcəklər. Həmməruzəçilərin Prezident Administrasiyasının rəhbəri, ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, Milli Məclisdə təmsil olunan və olunmayan müxalifət partiyalarının təmsilçiləri, Avropa Birliyi nümayəndə heyətinin rəhbəri və vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşləri nəzərdə tutulur. Bundan başqa, P.Aqramunt və J.D.Qrex Naxçıvan Muxtar Respublikasına (MR) səfər edəcəklər. Onların Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov və vətəndaş cəmiyyətinin üzvləri ilə də görüşləri olacaq.

Səfərin sonunda, yəni yanvarın 23-də isə həmməruzəçilər Bakıda mətbuat konfransı keçirəcəklər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm