Nida.az
İlham Əliyev: "Ordu quruculuğu ilə bağlı böyük proqramlarımız var"
"Bizim bu il ordu quruculuğu ilə bağlı böyük proqramlarımız vardır. Tikintilərlə bağlı proqram vardır, nəinki silah-sursat alınır, eyni zamanda, tikinti işləri aparılır. Mən onların arasında Hərbi Dəniz Qüvvələri bazasını xüsusilə qeyd etmək istəyirəm. Artıq neçə ildir ki, bu böyük baza tikilir. Ümid edirəm ki, biz bu il bu bazanı artıq açacağıq".
Bunu aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər
Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında yekun nitqində deyib.
Dövlət başçısı qeyd edib ki, digər hərbi şəhərciklərdə
tikinti-quraşdırma işləri aparılır: "Yeni hərbi bazalar tikilir.
Bütün şəhərciklərdə, hərbi hissələrdə, hərbi bazalarımızda ən
yüksək standartlar tətbiq edilir. Çünki bizim zabitlərimiz,
əsgərlərimiz yaxşı şəraitdə xidmət göstərməlidirlər.
Ümid edirəm ki, yaxın illərdə bir dənə də köhnə, dağılmış, qəzalı
vəziyyətdə hərbi hissə, yaxud da ki, tikili olmayacaqdır. Əfsuslar
olsun ki, bu sahəyə əvvəlki illərdə diqqət göstərilmirdi. Biz bunu
açıq deməliyik. Bizim əsgərlərimiz, zabitlərimiz ən yüksək şəraitdə
xidmət aparmalıdırlar və yaşamalıdırlar. Ona görə qarşıya vəzifə
qoyulub və vəsait ayrılıb ki, qısa müddət ərzində, bəlkə də növbəti
iki il ərzində hərbi hissələrdə bir dənə də qəzalı, yararsız, köhnə
tikili olmasın".
Prezident hesab edir ki, biz yeni tikilmiş gəmiqayırma zavodundan
da bu məqsədlər üçün istifadə etməliyik: "Çünki bildiyiniz kimi, bu
zavodda istənilən gəmi istehsal oluna bilər. Artıq zavoda ilkin
sifarişlər də verilməyə başlamışdır. Hesab edirəm ki, Müdafiə
Nazirliyi də hərbi gəmilərin tikintisi ilə bağlı bu zavoda sifariş
verməlidir. Əlbəttə ki, Maliyyə Nazirliyi bu məsələnin maliyyə
tərəfini təmin etməlidir. Hesab edirəm ki, biz bu il artıq bu işə
başlamalıyıq. Çünki gəminin tikintisi çox vaxt aparacaqdır. Biz
burada da vaxt itirməməliyik ki, həm zavod tam gücü ilə işləsin,
həm də biz hərbi donanmamızı müasirləşdirək".
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?