Nida.az
Pakistan qəzeti Mehriban Əliyevanın dəstəyi ilə keçirilmiş aksiyadan yazdı
Pakistanın ən nüfuzlu ingilisdilli qəzetlərindən olan "Daily Times"-da Lahor şəhərinin Ancuman Süleymaniya məktəbində (kimsəsiz uşaqlar evində) Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə keçirilmiş humanitar aksiya işıqlandırılıb.
Pakistandakı Səfirliyimizdən Trend-ə verilən məlumata görə, məqalədə bildirilib ki, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Lahor şəhərinin Ancuman Süleymaniya məktəbində xeyriyyə tədbiri təşkil edilib.
Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxış edərək, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə silsilə humanitar yardımlar proqramının icra olunduğunu qeyd edib, fondun kimsəsiz uşaqlara hər zaman diqqət və qayğı göstərdiyini deyib.
Yazıda Mehriban Əliyevanın Heydər Əliyev Fondunun adından hər bir uşağa müxtəlif hədiyyələr təqdim etdiyi, Ancuman Süleymaniya məktəbində aparılan yenidənqurma işlərinə maliyyə yardımı göstərdiyi vurğulanıb.
"Daily Times"-da dərc edilmiş məqalədə qeyd olunub ki, Ancuman Süleymaniya məktəbinin vitse-prezidenti Rauf Xalid Mustafa və icraçı direktoru Şahida Riaz tədbirdə çıxış edərək, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib, Mehriban xanımın kimsəsiz uşaqlara göstərdiyi bu diqqətin onun humanistliyinin, İslam dəyərlərinə sadiqliyinin, həmçinin iki xalq arasında məhəbbətinin göstəricisi olduğunu deyib.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO