Nida.az
VHP gənclərinin yeni lideri: “Öz komandam gələcək”
Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatına yeni sədr seçilib.
Tural Hüseynli 1993-cü ildə Bakıda anadan olub. 2011-ci ildə Texniki Humanitar Liseyi bitirib. Azərbaycan Turizm Universitetinin tələbəsidir. 2011-ci ildən VHP Binəqədi rayon təşkilatının üzvüdür. Müxtəlif vaxtlarda VHP Gənclər Təşkilatı sədrinin siyasi məsələlər, beynəlxalq əlaqələr üzrə müavini və birinci müavini olub.
Aprelin 21-də “Media forum” saytına danışan Tural Hüseynli bildirib ki, partiyanın Gənclər Təşkilatının sədri kimi gənclərin siyasi baxımdan maarifləndirilməsinə diqqət yetirmək planları var: “Gənclərin siyasətlə daha çox məşğul olmasına ehtiyac var. Biz təbliğatımızda siyasətlə bağlı mövzuları qabardacağıq”.
Tural Hüseynli əlavə edib ki, həbsdə olan “Nida”çı fəallara hər cür dəstək olmağa çalışacaqlar.
Gənclər Təşkilatının strukturunda dəyişiklik olmayacağını bildirən sədr qeyd edib ki, sədrin altı müavini var və onların sayı əvvəlki kimi qalacaq: “Müavinlərin kimlər olacağına gəldikdə, öz komandam gələcək. Əvvəlki komandada dəyişiklik edəcəyik ki, fəaliyyətimiz daha səmərəli olsun”.
VHP-nin qurultayı ilə bağlı sualı cavablandıran Tural Hüseynli deyib ki, qurultayın vaxtı hələ dəqiqləşməyib: “Müzakirə edilib, qərar veriləcək”.
Partiya rəhbərliyində dəyişiklik ola bilərmi? Bu sualı Tural Hüseynli belə cavablandırıb: “Hazırda bu məsələ gündəmdə deyil. Sabir Rüstəmxanlı partiyanın sədridir və hələ fəaliyyət göstərir. Düşünürəm ki, hazırkı rəhbərlik partiyanın fəaliyyətinə hələ çox töhfə verəcək və bizə çox köməkliyi dəyəcək”.
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO