Nida.az
“NİDA-çıların həbs olunmasının səbəbkarı İsa Qəmbərlə Əli Kərimlidir”
“Azərbaycan hüquqi dövlət olduğundan bütün məsələlər hüquq çərçivəsində həll edilməlidir. Kimliyindən asılı olmayaraq, vətəndaş fəaliyyətində cinayət hadisəsinə yol veribsə, hüquq qarşısında cavab verməlidir”.
Bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Publika.Az-a açıqlamasında NİDA-çı gənclərə verilmiş məhkəmə hökmünün bir qrup müxalifət nümayəndəsi tərəfindən siyasiləşdirilməsinə münasibət bildirərkən deyib.
BAXCP rəsmisi qeyd edib ki, NİDA gənclər təşkilatının üzvlərinin bu gün həbsdə olmasının bilavasitə səbəbkarı İsa Qəmbərlə Əli Kərimlidir: “Onlar nəinki bu gəncləri, eyni zamanda ətraflarında olan bütün gəncləri ölkədə iğtişaşlar törətməyə, qarşıdurmalar yaratmağa yönləndirirlər. Bu gənclər hesab edirlər ki, belə qarşıdurmalar yaratmaqla İsa Qəmbəri və ya Əli Kərimlini hakimiyyətə gətirə bilərlər. Onların gənclər siyasətinin mahiyyəti budur. Düşünürlər ki, Azərbaycanda bir qrup gəncləri öz təsirlərinə salıb ölkədə inqilablar edə bilərlər. Bu, çox yanlış fikirdir. Həbs edilən gənclər məhz bu siyasətin qurbanlarıdır”.
Niyaməddin Orduxanlı onu da qeyd edib ki, hətta NİDA-çı
gənclərin istintaq prosesi bitməmiş radikal müxalifətin
rəhbərliyində olan aparıcı şəxslər Kislovoskda, Pyatiqorskda,
Rusiyanın ən mötəbər sanatoriya və kurortlarında istirahətə
gediblər: “Onların heç yadlarına da düşməyib ki, bu gənclər onlara
görə həbsə atılıblar. İsa Qəmbər öz oğlunun Azərbaycan ordusunda
iki ay xidmət etməsinə belə razı olmadı. O, oğlunu xəstə obrazı
altında gizlətdi ki, vətəninə xidmət etməsin. Əli Kərimli oğlunu
Avropada, İngiltərədə böyük məbləğdə pullar hesabına oxutdurur.
Amma başqa gəncləri həbsxanalara göndərir. Təəssüf ki, bu siyasət
yenə də davam edir”.
Asif
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi