Nida.az
“20 Yanvar müstəqillik addımlarının daha aydın şəkildə ifadə edildiyi gün oldu”
20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, qəhrəmanlıq günü kimi daxil oldu. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Azərbaycan xalqı 1990-cı il 20 yanvar
tarixində hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz
tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və
müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid
vermək əzmini bütün dünyaya nümayiş etdirdi: "20 Yanvar hadisəsi
xalqımızın milli-azadlıq hisslərinin güclü olduğunu, o zaman
Azərbaycana rəhbərlik edənlərin isə zəifliyini göstərdi. Bu hadisə
xalqın müstəqil dövlət qurmaq uğrunda mübarizəsinə mərkəzi
hakimiyyətin gözlənilməz və kifayət qədər sərt reaksiyası idi. 20
Yanvar hadisələri onu da sübut etdi ki, Azərbaycan xalqı Qarabağın
ondan qoparılıb başqasına verilməsinə razı deyil. Bütün bunlar
torpaqlarımızın əlindən alınmasına qarşı xalqın kütləvi etirazı
idi".
O, qeyd edib ki, Azərbaycanda baş verən bu hərəkat həqiqətən Sovet
dövlətinin dağılmasında kifayət qədər güclü rol oynayıb: "20 Yanvar
hadisəsi Sovet rejiminin iç üzünü açdı. Sübut olundu ki, çıxışların
kəskinliyinə baxmayaraq, Baltikyanı bölgədə, Ukraynada, Mərkəzi
Asiyada, Gürcüstanda və Ermənistanda imperiya Azərbaycana qarşı
olduğu qədər amansız tədbirlərə əl atmadı. Sovet rejimi ən müasir
hərbi texnikanı əliyalın xalqımızın üzərinə yeritdi. Xalqımız ötən
əsrin əvvəllərində verdiyi şəhidlərin ruhu ilə silahlanaraq Sovet
imperiyasına qarşı mübarizə aparırdı. Amma Sovet dövlətinin
dağılması daha mürəkkəb proses idi və bu, əslində, 1980-ci illərin
ortalarından başlamışdı. Artıq Sovet dövlətindən ayrılmalar labüd
idi və Kommunist Partiyasının Siyasi Bürosunda baş verən hadisələr
də onu göstərirdi ki, Moskvanın özü də müəyyən səviyyədə Sovet
hakimiyyətindən imtina etməyə hazırlaşır".
Millət vəkili əlavə edib ki, bu, yalnız Moskvanın daxili
siyasətində yox, xarici siyasətində də özünü göstərirdi: "Çünki
dünyada elə proseslər gedirdi ki, Moskva Sovet dövlətinin
dağılacağını başa düşürdü. Buna görə də prosesi mümkün qədər
uzatmaq istəyirdilər. 20 Yanvar Azərbaycanın müstəqillik
addımlarının və imkanlarının daha aydın şəkildə ifadə edildiyi gün
oldu".
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO