Nida.az
“Gülün və Ərdoğanın ermənilərə olan sevgisini bilirdik”
“Gülün və Ərdoğanın ermənilərə olan sevgisini
bilirdik”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbərliyi
aprelin 24-də Bakının və Azərbaycanın digər ərazilərinin erməni
hərbi birləşmələrindən azad edilməsi zamanı həlak olan türk əsgər
və zabitlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Partiyanın mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, 2005-ci ildən etibarən BAXCP hər il aprelin 24-nü Xilaskar Türk Əsgərlərinin Anım Günü kimi qeyd edir.
Türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyan BAXCP yetkililəri istiqlal şəhidlərini hörmətlə anıblar.
Ziyarətçilər qarşısında çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın erməni hərbi birləşmələrindən azad edilməsində iştirak edən qəhrəman türk əsgərlərinin rəşadətinin heç zaman unudulmayacağını vurğulayıb: “Ancaq çox təəssüf edirik ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ermənilərin uydurma soyqırımına münasibət bildirdi və dolayısı ilə də olsa bu “soyqırımı” tanıdı. Baş nazirin 1915-ci ildə həlak olan ermənilərin nəvələrinə baş sağlığı mesajı verməsi buna bariz nümunədir. Biz onsuz da Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın ermənilərə olan sevgisini bilirdik. Məhz bu sevginin nəticəsidir ki, AKP hakimiyyəti bu gün Ermənistanla ticarət əlaqələrini genişləndirib və həmin ölkədən Türkiyəyə iş dalınca gedən ermənilərə hər cür şərait yaradılıb”.
BAXCP sədri deyib ki, bütün bunlara baxmayaraq Azərbaycan
xalqına qarşı həyata keçirilən soyqırımın qarşısını alan, istiqlal
mücadiləmizə dəstək verən qəhrəman türk əsgər və zabitlərinin
xatirəsi hər zaman əziz tutulacaq, könüllərdə yaşayacaqdır: “Əgər
beynəlxalq birlik tarixə erməni yalanlarının deyil, ədalətin gözü
ilə baxarsa, o zaman 24 aprelin “erməni soyqırımı” günü yox,
Anadoluda və Qafqazda yaşayan xalqların xilası günü olduğunu görə
bilər”.
Asif
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?