AMİP sədri: “Milli Şura sadəcə sintez təşkilat idi”
Bizi izləyin

Nida.az

AMİP sədri: “Milli Şura sadəcə sintez təşkilat idi”

AMİP sədri: “Milli Şura sadəcə sintez təşkilat idi”

“Milli Şurada Azərbaycanın müstəqilliyi haqqında bağıran siyasi qüvvələrin naməlum proyektə qoşulması onlara başucalığı gətirmədi”.

Bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə Publika.Az-a açıqlamasında Milli Şuranın perspektivi haqqında danışarkən deyib. Partiya sədri qeyd edib ki, bu qurum əvvəldən perspektivsiz idi: “Biz bunu bilirdik və buna görə ora qoşulmadıq. Ziyalıların, QHT-lərin və siyasi partiyaların sintezindən ibarət bir təşkilatın perspektivi ola bilməzdi. Bu sadəcə sintez idi. Buna qol qoymadıq. Qeyd etmişdik ki, Milli Şura sona qədər getməyəcək və qopmalar olacaq. Bu da baş verdi”.

Y. Bağırzadə bildirib ki, bu gün onların təmsil olunduğu Demokratik Qüvvələrin Birliyi daha stabil təşkilatdır: “Bəzi üzvlərimiz paralel olaraq Milli Şurada təmsil olunurdular. İki yerdə eyni vaxtda fəaliyyət alınmırdı, daha açıq inteqrasiyaya maneələr yaradırdı. Ona görə də yumşaq formada təklif etmişdim ki, seçim etsinlər. Bu qurumu bloka çevirək və bələdiyyə seçkilərinə gedək. Liberal, Böyük Azərbaycan partiyaları Milli Şuranı tərk etdi. KXCP-də də eyni istiqaməti götürüb. Bu partiyalar DQB-də fəaliyyətlərini davam etdirirlər. Arzu edirik ki, bələdiyyə seçkilərində daha güclü formada iştirak edək. Bununla bağlı tezislərimizi də ortaya qoyacağıq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm