Heydər Əliyevin dəbdəbədən uzaq otağı: 515-ci nömrə
Bizi izləyin

Nida.az

Heydər Əliyevin dəbdəbədən uzaq otağı: 515-ci nömrə

Heydər Əliyevin dəbdəbədən uzaq otağı: 515-ci nömrə

Rusiya Federasiyası Stavropol diyarının Pyatiqorsk şəhərində yerləşən Kirov adına sanatoriyada milli lider Heydər Əliyevin xatirə lövhəsi açılıb.

Publika.Az xəbər verir ki, Azərbaycan Dövlətini təmsil edən nümayəndə heyətinin rəhbəri, Azərbaycanın Rusiyadaki fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Stavropol diyarının qubernator vəzifəsini icra edən Vladimir Vladimirov xatirə lövhəsini birgə açıblar.

Lövhənin üzərində SSSR nazirlər kabinetinin sədrinin birinci müavini və 1993-2003-cü illərdə Azərbaycan Prezidenti olmuş Heydər Əliyevin portreti və bu sanatoriyada istirahət etməsi haqda yazı əks olunub.

Açılış nitqinə “Bu tədbir bizim birgə istəyimiz və arzumuz olub” sözləri ilə başlayan Stavropol diyarının qubernator işlərinin icraçısı Vladimir Vladimirov Heydər Əliyevin əfsanəvi insan olduğunu deyib. Onun sözlərinə görə Heydər Əliyev münaqişələrlə və ziddiyyətlərlə dolu bir ölkəni ayağa qaldırıb ki, bu gün Azərbaycanda olub geri qayıdanlar ölkə haqqında ancaq öz müsbət fikirlərini bölüşürlər. Vladimir Vladimirov Heydər Əliyevin xatirəsinə Rusiyada olan əziz münasibəti bu fikirlərlə izah edib: “Bu lövhə bizim birgə tariximizin bir hissəsidir. Bu tarixi unutmaq olmaz. Azərbaycan dövləti sağ olun ki, bizim təşəbbüsümüzə dəstək verdi və bu gün bizimlə bir yerdədir. Qafqaz günəşi hər zaman hamını isindirib. Arzu edərdim ki, bu Qafqaz torpağına Heydər Əliyev miqyaslı şəxsiyyətlər hər zaman gələydi”.

Qubernatorun açılış nitqindəki fikirlərini öz cavab nitqi ilə inkişaf etdirən Polad Bülbüloğlu Heydər Əliyevin Azərbaycandan əlavə, bütün SSRİ üçün xüsusilə Rusiya üçün mühüm işlər görməsini faktların dili ilə açıqlayıb: “Hesab edirəm ki, bizim xalqlarımız və dövlətlərimiz arasında bu kimi tədbirlər vacibdir. Bu lövhə ölçü baxımından böyük olmasa da, bizim dostluğumuzu və qarşılıqlı münasibətlərimizi simvolizə edir. Heydər Əliyev Azərbaycanın rəhbəri olmasından başqa eyni zamanda SSRİ nazirlər kabinetinin sədrinin birinci müavini olub. O şəxsən idman, sosial, tibb, mədəniyyət, nəqliyyat və təhsil sahələrini idarə edib. Qara dənizdə və Volqa çayında teploxodlar fəlakətə düçar olan zaman Heydər Əliyevin fövqəladə halın araşdırılması üzrə dövlət komissiyasına rəhbərlik etmişdi, BAM-ın tikintisi və onlarla irimiqyaslı layihələr onun adı ilə bağlıdır. Heydər Əliyevin müasir Rusiya üçün böyük əhəmiyyəti olan irimiqyaslı işlərdə xidmətləri var. Bu lövhə onun göstəricisidir ki, bu dahi insan tərəfindən görülən işlər unudulmuyub. Bizim nəsil, yəni, yaşlı nəsil eyni tərbiyədə və ideoloji mühitdə formalaşsa da, müasir nəsil fərqlənir. Çünki yeni nəsil müstəqil dövlətlərdə böyüyür və biz bu nəsilə tolerantliq adlanan dostluq, nəciblik, humanizm prinsiplərini aşılamalıyıq”.

Rusiya XİN-nin Mineralnie Vodı şəhərindəki eksperti Leonid Filimonov da çıxışında Heydər Əliyevin Rusiya regionlarının sənayesının möhkəmlənməsindəki xüsusi xidmətlərindən danışıb. Ulyanovskda inşa edilmiş prezident körpüsünü xatırladan Leonid Filimonov bu körpünün Ulyanonskda yerli camaat tərəfindən “Əliyev körpüsü” kimi tanındığını deyib. Daha sonra ekspert Starvopol rəhbərliyinin və Pyatiqorsk merinin bu təşəbbüsünü yüksək qiymətləndirərək, bu addımın ikitərəfli münasibətlərdə müsbət rol oynayacağını əlavə edib.

“Araz” Stavropol ictimai regional təşkilatının sədri, Pyatiqorsk ictimai şurasının üzvü Əsəd Qurbanovsa çıxışında Heydər Əliyevin siyasətdə fəth etdiyi zirvələri vurğulayaraq, onun Qafqazda sülhün bərqərar olmasındakı fəaliyyətindən söz açıb.

Rəsmi çıxışlardan sonra səfir Polad Bülbüloğlu Stavropol diyarının qubernator işlərinin icraçısı Vladimir Vladimirova “İtar Tass” agentliyinin nəşri olan “ Rusiya – qəlbimin bir hissəsi” adlı kitabını və Azərbaycan xalçasını hədiyyə edib.

Qarşı tərəf Polad Bülbüloğluna Stavropol vilayətinin şəhərlərinin əks edildiyi vazanı hədiyyə edib. Sonra rəsmi şəxslər Heydər Əliyevin qaldığı otağa baxış keçiriblər.


515-ci nömrə. Sadə və dəbdəbədən uzaq iki otaqlı nömrədə bir zamanlar SSRİ-nin birinci şəxslərindən sayılan Heydər Əliyev qalarmış. İş otağı, iş masası, stolüstü lampa, şkaf, çarpayılar – bir sözlə otaqda nə varsa heç nə yenisi ilə əvəzlənməyib. Tədbirin yekunu olaraq səfir Polad Bülbüloğlu və qubernator vəzifəsini icra edən Vladimir Vladimirov mətbuatın suallarını cavablandırıb.

Azərbaycanla Stavropol arasındaki iqtisadi münasibətlərlə bağlı sualı cavablandıran səfir Azərbaycanla Rusiya arasında strateji əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini deyib: “Əməkdaşlığımız siyasi, iqtisadi və humanitar sahələrdə özünü biruzə etdirir. Bu gün Rusiya ali məktəblərində çoxlu sayda Azərbaycandan tələbələr var. Ölkələrimiz arasında ticarət 3 milyard ABŞ dollarını ötüb. Bu kiçik rəqəm deyil və bu rəqəm hər il yüksəlişə doğru gedir”.

Daha sonra eyni suala Vladimir Vladimirov münasibətini bildirərək diyarın Azərbaycanla biz qarşılıqlı münasibətlərin inkişafinda maraqlı olduğunu deyib. Esentuki şəhərində Azərbaycan adli sanatoriya layihəsin gerçəkləşdirildiyindən danışan Rusiya rəsmisi yaxın zamanlarda layihənin hazir olacağını əlavə edib. Kənd təssərüfatı, xüsusilə taxıl sahəsində güclü əlaqələrin olduğunu deyən Vladimir Vladimirov bu əlaqələri daha çox şaxəli etmək imkanlarına malik olduğumuzu bildirib.

Səfər çərçivəsində Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev və səfirliyin diaspor məsələləri üzrə müşaviri Aqşin Əliyev Stavropol vilayətindəki Azərbaycan diaspor təşkilatlarının fəalları ilə görüş keçiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm