Adıgözəl Məmmədov: “Avrasiyaçılıq kampaniyasına bürünüblər”- İttiham
Bizi izləyin

Nida.az

Adıgözəl Məmmədov: “Avrasiyaçılıq kampaniyasına bürünüblər”- İttiham

Adıgözəl Məmmədov: “Avrasiyaçılıq kampaniyasına bürünüblər”-İttiham

“Bu gün bir çoxları avrasiyaçılıq kampaniyasına bürünüblər, lakin bunun arxasında hansı iradənin olduğunu, hansı konsepsiya dayandığını, hansı geopolitik gücə söykəndiyini bilmirlər”.

Bu barədə Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü Adıgözəl Məmmədov Publika.Az-a açıqlamasında deyib.

Onun fikrincə, belə adamların ağızlarına avrasiyaçılıq düşüb, gündəmə gəlmək üçün danışırlar: “Mən bunları avantürist hesab edirəm. Onlar xırda maraqlar arxasınca qaçanlardır. Çünki mahiyyəti başa düşmədən, söz naminə gündəmə gəlmək üçün avrasiyaçılıqla bağlı fikirlər söyləyirlər. İlqar Qasımov adlı bir şəxs var, onun avrasiyaçılıqdan danışması heç bir bir düstura sığmır. Ümumiyyətlə Azərbaycanda avrasiyaçılıq məhfumunun ictimai fikirdə tam qavranılması hələ ki baş verməyib. Siyasi konyuktur məqsədlərlə çıxış edərək müəyyən mənada baş verən proseslərə şərh verirlər. İlqar Qasımovun avrasiyaçılığını bu cür görürəm. Hesab edirəm ki, Azərbaycan avrasiyaçılıqdan daha mühümü slavyan-türk geopolitik konstruksiyasıdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm