Nida.az
XİN: "Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik"
"Azərbaycan hər zaman İslam ümməti ilə onun kədər və problemlərinin bölüşməsində həmrəy olub".
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ər-Riyadda ərəb ölkələri ilə Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında iqtisadiyyat və əməkdaşlıq üzrə Forumun birinci iclasında çıxış edərkən deyib.
Nazir qeyd edib ki, Azərbaycanın dəstəyi ölkənin 2012-2013-cü
illərdə BMT TŞ-yə üzvlüyü zamanı xüsusilə aşkar və faydalı olub:
"Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbiyə ünvanladığım
məktubumda da qeyd etdiyim kimi, Azərbaycan BMT TŞ-də İslam
ümmətinin haqq işinə sadiq qalıb və BMT TŞ-dəki müzakirələrin
predmeti olmuş Fələstin, Suriya böhranı, Sudan, İraq və Yəmən
məsələlərində fəal mövqe nümayiş etdirib. Bundan əlavə, 2013-cü
ilin 28 oktyabr tarixində Azərbaycanın təşəbbüsü və sədrliyi ilə
ilk dəfə BMT TŞ-nin və İƏT-in "BMT və İƏT arasında birgə
əməkdaşlığın gücləndirilməsi" mövzusunda xüsusi iclası
keçirilib".
E.Məmmədyarov əlavə edib ki, bu tarixi görüşün nəticəsində BMT
TŞ-yə qeyri-daimi üzv olan İƏT üzv dövlətinin sədrliyi ilə ildə iki
dəfə belə iclasın keçirilməsi haqqında razılıq əldə olunub: "Bu
baxımdan, biz qardaş Fələstin xalqını və onların sülh, sabitliyə
nail olunması, suveren və müstəqil Fələstin Dövlətinin yaradılması
üçün göstərdiyi səyləri dəstəklədiyimizi bir daha təkrar edirik.
Biz BMT BA-nın Fələstinə BMT-yə üzv olmayan müşahidəçi dövlət
statusu vermək qərarını və Fələstin Dövlətinin UNESCO-ya qəbulu
kimi bir sıra həvəsləndirici hadisələr və müsbət irəliləyişlərin
şahidi olmaqdan məmnunuq".
XİN rəhbəri bildirib ki, həmçinin Azərbaycan regional və beynəlxalq təhlükəsizliyi təhdid edən və bir çox günahsız insanların həyatını itirməsinə səbəb olan Suriyadakı zorakılığın artmasından olduqca narahatdır: "Biz Suriyadakı böhranın sülh yolu ilə həllinin tapılması üçün BMT və Ərəb Dövlətləri Liqasının səylərini dəstəkləyirik. Çox təəssüf ki, biz hələ də dinlərin diffamasiyası, dini nifrətə təhrik və islamofobiya kimi çağırışların davam etməsi ilə üzləşirik. Bu Forum sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi və stereotiplərin qarşısının alınmasında faydalı ola bilər".
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü