Nida.az
Elmar Məmmədyarov səudiyyəli həmkarı ilə görüşüb
Bu gün Səudiyyə Ərəbistanı Krallığının paytaxtı ər-Riyad şəhərində keçirilən Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumu çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Səud əl-Feysəl ilə görüş keçirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, görüş əsnasında Azərbaycan ilə
Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin mövcud səviyyəsindən
məmnunluq ifadə olunub.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın
haqlı mövqeyini daim dəstəklədiyinə görə Krallıq hökumətinə
təşəkkürünü ifadə edib.
Səud əl-Feysəl Səudiyyə Ərəbistanının qəti siyasi iradəyə malik
olaraq, Azərbaycanın mövqeyini dəstəklədiyini diqqətə çatdırıb.
Azərbaycanın dünyada ilk neft istehsal edən ölkə olduğunu deyən
Səud əl-Feysəl Azərbaycanın müasir inkişafının ölkəsini
sevindirdiyini nəzərə çatdırıb.
Nazir E.Məmmədyarov Azərbaycanın Körfəz Əməkdaşlıq Şurası ölkələri,
xüsusilə Krallıqla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini
qeyd edərək, ölkələrimiz arasında imzalanmış ikiqat vergi tutmanın
aradan qaldırılması haqqında sazişin iqtisadi-ticari əlaqələrin
inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası
Əməkdaşlıq və İqtisadi Forumunun təşəbbüskarı və ev sahibi kimi
Səudiyyə Ərəbistanı hökumətinin səylərini yüksək qiymətləndirdiyini
qeyd edən E.Məmmədyarov Forumun Ərəb Dövlətləri Liqası, Azərbaycan
və Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və humanitar
əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığını və
Azərbaycanın bu forumun işində fəal iştirak etdiyini
vurğulayıb.
İqtisadi-ticari əlaqələrin inkişafında nəqliyyat
infrastrukturlarının xüsusi əhəmiyyətə malik olduğunu deyən
azərbaycanlı nazir Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycanın
nəqliyyat infrastrukturu imkanlarının inkişafı barədə danışıb.
Görüşdə beynəlxalq terrora qarşı mübarizədə səylərin səfərbər
edilməsinin vacibliyi qeyd edilib və qarşılıqlı maraq doğuran
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"