Türkiyə səfiri azərbaycanlılara təşəkkür etdi
Bizi izləyin

Nida.az

Türkiyə səfiri azərbaycanlılara təşəkkür etdi

Türkiyə səfiri azərbaycanlılara təşəkkür etdi

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ölkəsini yasa boğan Soma faciəsindən yazıb.

Publika.Az xəbər verir ki, səfir “Twitter” səhifəsində Türkiyənin dərdini bölüşdüyü üçün azərbaycanlılara da təşəkkür edib.

“Soma faciəsində ölənlərə rəhmət, yalananlara da Allah şəfa versin. Faciəmizi paylaşan azərbaycanlı qardaşlarımıza təşəkkür edirik”-deyə İ. A. Coşkun qeyd edib.


Qeyd edək ki, ötən gün Türkiyənin Manisa vilayətinin Soma rayonundakı özəl kömür mədənində partlayış baş verib. Partlayışa mədəndəki elektrik trasfarmatorunda yaranmış qısaqapanmanın səbəb olduğu bildirilir. Ölənlərin sayının 205-ə çatdığı deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm