Hansı məmur ABŞ-Azərbaycan münasibətlərinə ziyan vurur?
Bizi izləyin

Nida.az

Hansı məmur ABŞ-Azərbaycan münasibətlərinə ziyan vurur?

Hansı məmur ABŞ-Azərbaycan münasibətlərinə ziyan vurur?

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Azadlıq radiosu”na müsahibəsində ABŞ-Azərbaycan münasibətlərindən danışıb. Səfir bildirib ki, hökumətdə ABŞ-Azərbaycan münasibətlərinə ziyan vurmaq istəyənlər var.

“Hökumət monolit deyil. Hökumətə elələri var ki, ABŞ-Azərbaycan münasibətlərinə ziyan vurmaq istəyir, ona görə də qərb təşkilatlarının işini çətinləşdirmək, yaxud Birləşmiş Ştatları, Avropanı nədəsə günahlandırmağa çalışırlar. Amma hökumətdə başqa mövqedə olan çoxlu adam da var. Mən bütövlükdə hökumətə damğa vurmaq istəməzdim”-deyə o bildirib.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə Publika.Az-a açıqlamasında hökumətdə belə şəxslərin olduğunu istisna etmədiyini deyib. O, konkret kimin olduğunu dəqiq bilməsə də, bildirib ki, Azərbaycan məmurlarının arasında ABŞ-a mənfi münasibət bəsləyənlərin olması istisna deyil: “Azərbaycanın dövlət siyasətində ABŞ-la tərəfdaşlığa üstünlük verir, bir sıra sahələrdə əməkdaşlıq edir. Amerika Azərbaycan üçün dost ölkədir. Lakin bu münasibətlərə soyuq baxanların olmasını da istisna etmirəm”.
Bunun Rusiyaya isti münasibətdən qaynaqlandığına gəlincə, işçi qrupunun üzvü bildirib ki, burda müxtəlif fərziyyələr irəli sürmək olar.

“Konkret olaraq hesab edirəm ki, əgər belə şəxslər varsa, bu Azərbaycanın dövlət siyasətinə ziddir. Azərbaycanın xarici siyasəti tərəfdaşlıq, partnyorluq üzərində qurulub. ABŞ strateji tərəfdaşımızdır. Ölkəmiz Amerika və Avropa İttifaqı ilə əməkdaşlıq edir. Eyni zamanda Rusiya da Azərbaycanın qonşu ölkəsidir. Azərbaycan hər zaman çalışır ki, bu ölkə ilə qonşuluq münasibətləri aparsın. Ola bilər ki, ABŞ-la isti münasibətlər hansısa şəxslərin maraqlarına uyğun deyil. Amma bunun özü həm də Azərbaycanın apardığı siyasətə uyğun gəlmir”-deyə A. Mollazadə bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm