Nida.az
Oqtay Əsədov Xorvatiya Prezidenti ilə görüşüb
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Xorvatiyada rəsmi səfərdədir. Mayın 18-də başlayan səfərdə Milli Məclisin deputatları Çingiz Əsədullayev, Sahibə Qafarova, Qüdrət Həsənquliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Parlamentin mətbuat xidmətindən Publika.az-a verilən məlumata
görə, səfər çərçivəsində O.Əsədov Xorvatiya Prezidenti İvo
Yosipoviçlə görüşüb. İ.Yosipoviç dövlətlərimizin strateji tərəfdaş
olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham
Əliyevin 2013-cü ildə Xorvatiyaya səfər etməsi dövlətlərimiz
arasında münasibətlərin daha da dərinləşməsinə təkan verib. Səfər
zamanı ölkələrimiz arasında bir sıra sənədlər imzalanmış və Zaqreb
Bəyannaməsi qəbul olunmuşdu. Xorvatiya Azərbaycanla bütün sahələrdə
əməkdaşlıqda maraqlıdır. O, ümidvar olduğunu bildirib ki, Milli
Məclisin nümayəndə heyətinin bu səfəri parlamentlərarası
münasibətlərin daha da inkişaf etməsinə yeni impuls verəcək.
Öz növbəsində, Milli Məclisin sədri O.Əsədov Azərbaycanın dövlət
başçısı İlham Əliyevin salamlarını Xorvatiya Prezidentinə çatdırıb.
Xorvatiyaya ilk dəfə səfər etdiyini deyən O.Əsədov bu səfərin
parlamentlərarası əməkdaşlığın dərinləşməsinə yeni töhfə verəcəyinə
inandığını söyləyib. Ölkələrimiz arasında siyasi dialoqun yüksək
səviyyədə olduğunu vurğulayan Milli Məclisin sədri iqtisadi
əlaqələrin də yaxın zamanlarda yüksələcəyinə əminliyini ifadə
edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz
açan spiker Xorvatiyanın da müstəqillik əldə etdikdən sonra oxşar
problemlə üzləşdiyini xatırladıb. Qeyd edilib ki, Azərbaycan
münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlıdır. Lakin
münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti nəticə
vermir. Milli Məclisin sədri Dağlıq Qarabağ məsələsində
Xorvatiyanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə və
ölkəmizin ərazi bütövlüyünün Zaqreb Bəyannaməsində əks olunduğuna
görə Xorvatiya hökumətinə minnətdarlığını bildirib.
Prezident İ.Yosipoviç Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həll olunmasında Azərbaycanın səylərini dəstəklədiyini, hərb
yolunun bu kimi məsələləri daha da mürəkkəbləşdirdiyini vurğulayıb.
Xorvatiyanın dövlət başçısı onu da qeyd edib ki, bu yaxınlarda
Xorvatiyanın müdafiə naziri Azərbaycanda rəsmi səfərdə olub.
İ.Yosipoviç bu əməkdaşlıqdan razılığını bildirib.
Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında mövcud olan yüksək
səviyyəli münasibətlər gələcəkdə də inkişaf etdiriləcək.
Səfər çərçivəsində Milli Məclisin sədri O.Əsədov xorvatiyalı
həmkarı Yosip Leko ilə görüşüb. Təkbətək keçirilən görüş daha sonra
geniş tərkibdə davam etdirilib. Görüşdə Bakıya səfərini xatırladan
Xorvatiya parlamentinin sədri ölkəmizin yüksək iqtisadi inkişafına
heyran olduğunu dilə gətirib, Bakının isə son dərəcə modern bir
şəhər olduğunu qeyd edib. Azərbaycanla Xorvatiyanın həm coğrafi,
həm də tarixi cəhətdən bənzərliyini vurğulayan Y.Leko regional və
beynəlxalq məsələlərdə də mövqelərimizin üst-üstə düşdüyünü
bildirib.
Azərbaycan Parlamentinin sədri, öz növbəsində, Y.Lekonu
Xorvatiyanın Avropa İttifaqına üzv olması münasibətilə təbrik edib,
iki ölkə arasında yüksək siyasi əlaqələrlə bərabər, iqtisadi
münasibətlərin də inkişaf etdirilməsinin vacibliyindən söz açıb.
Milli Məclisin sədri vurğulayıb ki, mədəniyyət və turizm
sahələrində əlaqələrin genişlənməsi xalqlarımızın daha da
yaxınlaşmasına xidmət edəcək. O.Əsədov Xəzər dənizində artıq 28
ildir ki, Xorvatiya istehsalı olan bərələrin istismar edildiyini,
bu yaxınlarda isə iki yeni bərənin alındığını bildirib: "Bununla
Xorvatiya Böyük İpək Yolunun bərpasına öz töhfəsini verir".
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
Görüşün sonunda hər iki ölkənin parlament sədrləri brifinq
keçiriblər, ölkələrimiz arasında əlaqələrin inkişaf
perspektivlərindən danışıblar.
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək